Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Süleyman Süleymanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:02, 25 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Süleyman Süleymanov
Süleymanov Süleyman Həşim oğlu
Süleyman Süleymanov
Süleyman Süleymanov.
Doğum tarixi 22 sentyabr 1939 (1939-09-22) (84 yaş)
Doğum yeri Baş Layısqı, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Sovet Ticarəti Texnikumu, texnologiya şöbəsi (–1960)

 • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ərzaq malları əmtəəşünaslığı fakültəsi, axşam şöbəsi (1967–)
Adının digər versiyaları Suleyman Suleymanov, Сулейман Сулейманов, Сүлејман Сүлејманов

Süleyman Süleymanov — tanınmış ictimai iaşə işçisi və kulinar. Uzun müddət Sumqayıt şəhər ictimai iaşə trestində müxtəlif vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

22 sentyabr 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş layısqı kəndində anadan olub.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanmasından sonra atası Həşim Süleymanov orduya çağırılıb. O, Mozdok ətrafında gedən döyüşdə ağır yaralanıb və 1942-ci ilin fevral ayında ordudan tərxis olunub. Üç ay sonra isə vəfat edib.

Təhsili

1956-cı ildə Baş Layısqı kənd orta məktəbini,

1960-cı ildə Sovet Ticarəti Texnikumunun (Bakı) texnologiya şöbəsini bitirib.

1967-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ərzaq malları əmtəəşünaslığı fakültəsinin axşam şöbəsinə daxil olub.

Hərbi xidmətdə

1960 – 1963-cü illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1960-cı ildə təyinat üzrə Sumqayıt şəhər iaşə trestinin şəbəkələrində aşpaz,

1963-cü ildən Bakıda 2 №-li yeməkxanalar trestinin şəbəkələrində, Ali partiya məktəbinin yeməkxanasında baş aşbaz,

1967-ci ildən Ticarət Kulinar Peşə Məktəbinin aşbazlıq qrupunda istehsalat ustası,

1968-ci ildən Ticarət Kulinar Peşə Məktəbinin Sumqayıt filialında aşbazlıq müəllimi və müdir işləyib.

1973 – 1998-ci illərdə Sumqayıt şəhər ictimai iaşə terstində müxtəlif vəzifələrdə çalışıb; o cümlədən,

1973-cü ildən kadrlar üzrə direktor müavini,

1977-ci ildən baş müvəkkil,

1985-ci ildən baş mühəndis-texnoloq,

1993 – 1998-ci illərdə istehsalat müdiri olub.

1998-ci ildə Ticarət Nazirliyinin və ictimai-iaşə trestlərinin ləğv olunmasından sonra təqaüdə çıxıb.

Digər

27 noyabr 1974-cü il tarixdə Sumqayıtın 25 illik yubileyi münasibəti ilə “Bahar” restoranında təşkil olunmuş və respublika rəhbərlərinin, o cümlədən Heydər Əliyevin iştirak etdiyi böyük ziyafətin təşkilinə rəhbərlik edib.

Ailəsi

5 övladı, 11 nəvəsi, 4 nəticəsi var.