Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Süleyman bəy Əbdürrəhmanbəyov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat) tərəfindən edilmiş 14:36, 27 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Süleyman Əbdürrəhmanbəyzadə
Əbdürrəhmanbəyzadə Süleyman Səlim bəy oğlu
Süleyman Əbdürrəhmanbəyzadə
Süleyman Əbdürrəhmanbəyzadə.
Doğum tarixi (27 iyul) 8 avqust 1860(1860-08-08)
Doğum yeri Qarabaldır, Nuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı +1921
Atası Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu
Anası Fatma xanım Hacı Əbdürrəhim bəy qızı
İxtisası müəllim
Təhsili Tiflis Aleksandr Müəllimlər İnstitutu (1883–1887)
Fəaliyyəti 1887 – 1917

Süleyman Əbdürrəhmanbəyzadə (1860–+1921) — XIX əsrin sonuncu rübündə və XX əsrin birinci rübündə, müxtəlif illərdə indiki Azərbaycan Respublikasının bir neçə kənd məktəbində, həmçinin Nuxa və Bakı şəhər məktəblərində dərs demiş tanınmış pedaqoq. Ədəbi-publisistik yaradıcılığa da meyl etmiş və dövri-mətbuatda yazıları çap olunmuşdur.

Haqqında məlumatlar

8 avqust 1860-cı il tarixdə Nuxa qəzasının Qarabaldır kəndində anadan olub.

Təhsili

1878 – 1883-cü illərdə Nuxa şəhər üçsinifli məktəbində,

1883 – 1887-ci illərdə Tiflis Aleksandr Müəllimlər İnstitutundan təhsil alıb.

Əmək fəaliyyəti

1887-ci ildən Şuşa qəzasının Tuğ kəndinə müəllim,

1888 – 1899-cu illərdə Xaçmaz (indiki Oğuz rayonunda), Bum (indiki Qəbələ rayonunda), Gülablı (indiki Ağdam rayonunda) və Padar (indiki Oğuz rayonunda) kənd məktəblərində müdir işləyib.

1899-cu ildə Nuxa şəhər 1-ci ictimai rus-tatar məktəbinə müəllim keçirilib.

1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayıb.

1917-cu ilin sonlarında Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi vəzifəsində çalışarkən, Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə ərizə ilə müraciət edərək xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona 16 illik şəhər xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş edib.

Ədəbi-publisistik fəaliyyəti

“Dəbistan” pedaqoji jurnalında “Qüreyş tərlanı” adlı məqaləsi (26 aprel 1907) və “Dil millətin həyatına vasitədir” məqaləsi (10 mart 1908), “Nicat” qəzetində bir hekayəsi (1911-ci il, № 12) və Mirzə Fətəli Axundzadənin yubileyi haqqında məqaləsi (1911-ci il, № 56) çap olunub.

Maraqlı

Məşhur müəllim və uşaq yazıçısı Süleyman bəy Axundov özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adı götürmüş və özünün məhz Süleyman bəy Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmışdır.

İctimai-siyasi aktivliyi

1906-cı ildə keçirilmiş Azərbaycan müəllimlərinin birinci qurultayında ən çox fəallıq göstərən müəllimlərdən biri olub.

1910-cu ildə Müsəlman Maarif Cəmiyyətinin “Nicat” qəzetinin redaksiya heyətinə üzv seçilib.

Həyatının son illəri

1 iyul 1921-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiya iclasında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Birliyinin 35 il xidmət etmiş, lakin həmin vaxt iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllim Süleyman Əbdürrəhmanbəyova birdəfəlik 1 000 000 manat həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında xahişinə baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara alıb və Xalq Komissarları Şurası qarşısında Süleyman Əbdürrəhmanbəyova müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırıb.

Ədəbiyyat

  1. Mərdanov M., Tahirzadə Ə. ƏBDÜRRƏHMANBƏYZADƏ (HACIƏBDÜRRƏHMANBƏYZADƏ) Süleyman bəy Səlim bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 172-178. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.