Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Səbinə Hacıyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:30, 29 aprel 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səbinə Hacıyeva
Hacıyeva Səbinə Xalid qızı
Səbinə Hacıyeva
Səbinə Hacıyeva, 2014.
Doğum tarixi 13 oktyabr 1971 (1971-10-13) (52 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (rəis)
Elmi dərəcəsi memarlıq üzrə elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (–1994)
Atası Xalid Hacıyev
Mükafatları "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı
"Tərəqqi" medalı
Adının digər versiyaları Sebine Hacıyeva, Sabina Haciyeva, Sebina Haciyeva, Sebina Hacıyeva, Sabina Hacıyeva, Сабина Гаджиева, Cәбинә Һасыјева

Səbinə HacıyevaAzərbaycan Respublikasının əməkdar memarı, memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.

Haqqında məlumatlar

13 oktyabr 1971-ci il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.

Təhsili

1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə ay yarım Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyində(en) (JCIA) “Yaşayış tikintilərinin qanunları” (“Housing policy”) mövzusunda ixtisasartıra kursunda,

2001-ci ildə isə dörd ay Oksford Universitetində (Mayami, ABŞ) ACTR/ACCELS(en) – ABŞ beynəlxalq təhsil təşkilatı, tərəfindən təşkil edilmiş proqramda (RSEP) iştirak edərək ixitasını artırıb.

Əmək fəaliyyəti

1994-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində işləməyə başlayıb; o cümlədən,

1994 – 2003-cü illərdə landşaft memarlığı kafedrasında müəllim,

2001 – 2017-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasının müdiri olub.

2005-ci ildən memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında işləyib; o cümlədən,

2015-ci ildən həmin kafedranın müdiri olub.

1 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Elmi fəaliyyəti

1998-ci ildə “Azərbaycanın xristian və müsəlman memarlıq abidələrinin qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və elmlər namizədi elmi dərəcəsi alıb.

2004-cü ildə dosent elmi adını alıb.

2013-cü ildə “Azərbaycanın Şimal-Qərb regionunun memarlıq irsi, onun qorunma və istifadəsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,

2014-cü ildə memarlıq üzrə elmlər doktoru elmi dərəcəsi,

2019-cu ildə isə professor elmi adını alıb.

150-yə yaxın elmi əsərin, o cümlədən Azərbaycanın memarlıq irsinin tədqiqinə və qorunmasına həsr edilmiş 5 kitabın həmmüəllifi, 2 monoqrafiyanın müəllifidir.

Həmmüəllifi olduğu bərpa layihələri

  • Şəki rayonunun Kiş kəndindəki kilsənin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsi (2001 – 2003, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
  • Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsi (2003 – 2005, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
  • Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihəsinin (2005 – 2006, G.H.Məmmədova ilə birlikdə).

Azərbaycan Memarlar İttifaqında

1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

2012-ci ildə İdarə Heyətinin üzvü seçilib.

Beynəlxalq Memarlıq Akademiyasında

2015-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,

2016-ci ildən Azərbaycan Akademik Mərkəzinin elmi katibi,

2017-ci ildən Moskva bölməsinin müxbir üzvüdür.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Hacıyeva Səbinə Xalid qızı : [arx. 29.05.2020] // Azərbaycan Memarlar İttifaqı. — 2018. — 12 fevral. — Müraciət tarixi: 01.03.2023.