Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səidə İmanzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:36, 25 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səidə İmanzadə
Səidə İmanzadə
Səidə İmanzadə.
Doğum tarixi 29 dekabr 1910(1910-12-29)
Doğum yeri Şəki
Vəfatı 1992 (İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu. yaşında) (82 yaşında)
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası tarixçi
Təhsili ali
Fəaliyyəti pedaqoq
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları Lenin ordeni"Şərəf Nişanı" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı

Səidə İmanzadə — Azərbaycanın görkəmli pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi.

Haqqında məlumatlar

29 dekabr 1910-cu il tarixdə Nuxada anadan olub.

1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Təhsili

Nuxada qızlar mədrəsində və qızlar məktəbində,

Bakıda Türk Sənaye Məktəbində oxuyub.

1928 – 1934-cü illərdə Bakıda fəhlə fakültəsində, Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1934-cü ildə təyinatla Bakı şəhər 98 №-li orta məktəbə (Pirallahı adasında) müəllim işləməyə göndərilib.

1938 – 1943-cü illərdə Bakı şəhər 132 №-li orta məktəbin müdiri olub.

1943-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əvvəl müəllim, sonra isə dosent vəzifəsində çalışıb. O cümlədən,

1965 – 1968-ci illərdə tarix fakültəsinin dekanı olub.

Elmi fəaliyyəti

1954-cü ildə “azərbaycanda qadın hərakatının tarixindən” mövzusunda namizədlk dissertasiyasını müdafiə edib.

40-dan artıq məqaləsi mətbuatda dərc olunub.

35 elmlər namizədinin elmi rəhbəri olub.

Kitabları

  1. Azərbaycanda qadın azadlığı. Bakı, Azərnəşr, 1957 (107 səhifə);
  2. İslam dini və qadın azadlığı məsələsi. Bakı, 1958 (45 səhifə);
  3. Qadınlar cəmiyyətdə və ailədə. Bakı, Azərnəşr, 1963 (60 səhifə);
  4. Qadının – ananın şərəfini yüksəldək. Bakı, Azərnəşr, 1967 (128 səhifə);
  5. Qadınlar sülh uğrunda mübarizədə. Bakı, 1970 (65 səhifə);

İvtimai-siyasi aktivliyi

Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri üzvü,

Bakı Qadınlar Şurasının sədri olub.

Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib.

Mükafatları





1941-1945-ci illərin ağır müharibə günlərində Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti - ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdi. 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verildi. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edildi. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görüldü.

Səidə İmanzadə 75-dən çox elmi əsər, kitabça və broşyura buraxdırmış, məqalə çap etdirmişdi. "Azərbaycanda qadın azadlığı", "Qadınlar sülh uğrunda mübarizədə", "Qadının cəmiyyətdə rolu" və s. mövzuda yazdığı əsərlər respublikanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onun Azərbaycanda qadın hərəkatı tarixinə həsr olunmuş tədqiqatı ParisSan-Fransisko şəhərlərinin kitabxanalarında saxlanılır.

Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərmiş, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləmiş, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxumuş, ixtisas kursları tədris etmişdir.

Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynamış, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş Heydər Əliyev kimi tələbəsi ilə daim fəxr etmişdir.

Mükafatları

Səidə İmanzadənin elmi-pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş və o SSRİ-nin "Lenin" ordeni, "Şərəf nişanı" ordeni, "Əməkdə fərqlənməyə görə", "Arxa cəbhədə əməyə görə" medalları ilə təltif edilmişdir. Bundan başqa, yüksək ixtisaslı tarixşi kadrlar hazırlanmasında fəal iştirak etdiyinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı, respulikada elmi biliklərin yayılmasında xidmətlərinə görə Ümumittifaq "Bilik" cəmiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. Onu adı 1962-ci ildə respublika "Bilik" cəmiyyətinin Fəxri Kitabına yazılmışdır.

O, Azərbaycan KP Mərkəzi Komitəsinin mühazirəçisi idi, 16 çağırış ardıcıl olaraq Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmiş, 11 dəfə Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına layiq görülmüşdür.

İstinadlar


Xarici keçidlər