Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Səidə İmanzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Səidə İmanzadə
İmanzadə Səidə Nəbi (Əhməd) qızı
Səidə İmanzadə
Səidə İmanzadə.
Doğum tarixi 29 dekabr 1910(1910-12-29)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1 may 1992 (81 yaşında)[1]
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı dosent
Təhsili Azərbaycan Pedaqoji İnstitutu, tarix və ictimaiyyət fakültəsi (1930–1934)
Uşaqları Mübariz İmanzadə, Talehə
Mükafatları

"Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı

"Lenin" ordeni"Şərəf Nişanı" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı"Əməkdə fərqlənməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Səidə İmanzadə (1910–1992) — tarix elmləri namizədi, pedaqoq, dosent, Azərbaycan SSR əməkdar müəllimi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

29 dekabr 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1924-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Təhsili[redaktə | HTML redaktə]

Nuxada qızlar mədrəsində və qızlar məktəbində oxuyub.

Bakıda Türk Sənaye Məktəbində,

1928 – 1930-cu illərdə Fəhlə fakültəsində,

1930 – 1934-cü illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1934-cü ildə təyinatla Bakı şəhər 98 №-li orta məktəbə (Pirallahı adasında) müəllim işləməyə göndərilib.

1938 – 1943-cü illərdə Bakı şəhər 132 №-li orta məktəbin müdiri olub.

1943-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əvvəl müəllim, sonra isə dosent vəzifəsində çalışıb. O cümlədən,

1965 – 1968-ci illərdə tarix fakültəsinin dekanı olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1954-cü ildə “Azərbaycanda qadın hərəkatının tarixindən” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

40-dan artıq məqaləsi mətbuatda dərc olunub.

35 elmlər namizədinin elmi rəhbəri olub.

Kitabları[redaktə | HTML redaktə]

  1. Oktyabr sosialist inqilabı və Azərbaycanda qadın azadlığı. Bakı, Azərnəşr, 1957 (105 səhifə);
  2. İslam dini və qadın azadlığı məsələsi. Bakı, 1958 (45 səhifə);
  3. Qadınlar cəmiyyətdə və ailədə. Bakı, Azərnəşr, 1963 (60 səhifə);
  4. Qadının – ananın şərəfini yüksəldək. Bakı, Azərnəşr, 1967 (128 səhifə);
  5. Qadınlar sülh uğrunda mübarizədə. Bakı, 1970 (65 səhifə);

İctimai aktivliyi[redaktə | HTML redaktə]

Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri üzvü,

Bakı Qadınlar Şurasının sədri olub.

Dəfələrlə ardıcıl olaraq Bakı Şəhər Sovetinin deputatı seçilib.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

1992-ci ildə – 81 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn edilib[1].

Xatirəsi[redaktə | HTML redaktə]

28 dekabr 2010-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Səidə İmanzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

11 yanvar 2013-cü il tarixdə Bakı Dövlət Universitetində,

23 iyun 2014-cü il tarixdə isə Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında Səidə İmanzadənin 100 illik yubileyinə həsr olunmuş «Nura boyanmış ömür» kitabının təqdimat mərasimi keçirilib. Hər iki tədbirdə Səidə İmanzadənin oğlu – Azərbaycan Respublikasının Tunisdəki səfiri, Mübariz İmanzadə də iştirak edib.

İstinadlar[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 ŞGS, 2018, s. 219.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İmanzadə Səidə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 277-278. — 1.000 nüsx.
  2. "Görkəmli alim Səidə İmanzadənin anadan olmasının 100 illiyi qeyd edilmişdir". https://azertag.az (azərb.). AZƏRTAC. 28.12.2010. 25 Dec 2020 tarixində arxivləşdirilib.
  3. "Səidə İmanzadənin 100 illiyi qeyd olunub". http://bsu.edu.az (azərb.). Bakı Dövlət Universiteti. 11/01/2013. 15 Jan 2013 - 24 Oct 2020 tarixində arxivləşdirilib.
  4. "Şəkidə görkəmli alim və pedaqoq Səidə İmanzadəyə həsr edilmiş "Nura boyanmış ömür" kitabının təqdimatı olmuşdur". http://www.sheki-ih.gov.az/ (azərb.). www.sheki-ih.gov.az. 2014-06-25. 25 Dec 2020 tarixində arxivləşdirilib.
  5. Orsər R. Səidə İmanzadə // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 218-220. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.