Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Səlhab Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Səlhab Məmmədov
Məmmədov Səlhab İsa oğlu
Səlhab Məmmədov
Səlhab Məmmədov.
Digər adı Salxab
Doğum tarixi 4 yanvar 1943 (1943-01-04) (81 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Tbilisi Dövlət Rəssamlıq Akademiyası (1962–1968)
Elmi adı professor
Mükafatları Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 2023"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2006"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şərəf" ordeni — 2017“Şöhrət” ordeni (Azərbaycan) — 2012
Uşaqları Emin Məmmədov, Elxan Məmmədov
Commons-logo.svg Commonsda da Səlhab Məmmədov ilə əlaqəli mediafayllar var

Səlhab MəmmədovAzərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektoru.

Haqqında məlumatlar

4 yanvar 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1962 – 1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

Əmək fəaliyyəti

1989-cu ildən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda/Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub; o cümlədən,

1989 – 1993-cü illərdə müəllim,

1993 – 1999-cu illərdə isə dosent vəzifəsini tutub.

1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr işləri üzrə prorektordur.

Yaradıcı fəaliyyəti

Yaradıcılığında əsas yeri saxsı və metalişləmə pannolar, nəqqaşlıq, qrafika lövhələri, mənzərə əsərləri tutur.

Fəza tutumunu görmək həssaslığına malikdir. Bu və digər xüsusiyyətlərinə görə dəfələrlə, dünyanın bir sıra ölkələrində açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və ya dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.

“Təsviri incəsənətdə rəsm”, “Rəsm sənəti” kimi elmi əsərlərin müəllifidir.

Yaradıcılığı
  • Saxsı və metalda işlənən relyef kompozisiyalarından “Xoş gəlmisiniz!” (1969, Panno “İnturist” binasının ön tərəfində);
  • “İnturist” binasının interyeri üçün hazırlanmış “Şərq motivləri” silsiləsi;
  • Metalda işlənmiş “Şərq melodiyası”, “İçəri şəhər”, “Qarabağ melodiyaları” kimi pannolar,
  • “Bakı-Neft şəhəri” mövzusunda bir sıra rəsmlər və vitraj;
  • “Naxçıvan” mehmanxanasının parlaq vitrajları;
  • Qobustana həsr edilmiş 16 kompozisiya;
  • “İçəri şəhər” dekorativ ləyən formasında plastik metal kompozisiya;
  • Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan “Dostluq” relyefi;
  • “Azadlıq rəmzi”;
  • Berlində (Almaniya) ucaldılmış “Xocalı” abidəsi;
  • Romada (İtaliya) “Villa Borghese” parkında ucaldılmış Nizami Gəncəvinin abidəsi;
  • Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsi.

Təltif və mükafatları

Digər

1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

1982 – 1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olub.

Ailəsi

Böyük oğlu: Emin Məmmədov, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir (18 mart 2021-ci il tarixdən). Daha əvvəl Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışmışdır.

Kiçik oğlu: Elxan Məmmədov AFFA-nın baş katibidir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədov Səlhab // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 277-279. — 600 nüsx. — ISBN 5-8066-1708-4.