Səyyarə Vahabova (1920–1997) — Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq; 1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü, 1959 – 1963-cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960 – 1980-cı illərdə Nuxa/Şəki şəhər 3 №-li orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Səyyarə Vahabova
Vahabova Səyyarə Həsən qızı
Səyyarə Vahabova, 1956-cı il.
bayraqNuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədribayraq
1956 — 1960
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1920(1920-09-05)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR
Vəfat tarixi 9 noyabr 1997 (77 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Təhsili

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1941)

 • Bakı Ali Partiya Məktəbi(az) (1945–1946)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

5 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1941-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.

1945 – 1946-cı ildə illərdə Bakı Ali Partiya məktəbində təhsilini artırıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1942 – 1944 cü illərdə Baş Göynük kənd 1 №-li məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.

1944-cü ildə partiya işinə – Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

1946 – 1948-ci illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində partiya kabinetinin müdiri,

1947 – 1951-ci illərdə Nuxa Dövlət Müəllimlər İnstitutunda baş müəllim,

1950 – 1954-cü illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri,

1954 – 1956-cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri,

1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1960 – 1980-ci illərdə Nuxa/Şəki şəhər 3 №-li orta məktəbinin direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

19511957-ci illərdə Nuxa rayon Sovetinə deputat seçilib.

1957-ci ildə Moskvada SSR Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.

1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü olub.

1958-ci ildə Moldaviya SSR-in paytaxtı Kişinyovda keçirilən SSRİ Kənd Təsərrüfatı işçilərinin Ümumittifaq müşavirəsində Azərbaycan Nümayəndə heyətinin tərkibində iştirak edib.

1959 – 1963 cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1959-cu ildə Bakıda keçirilən Respublika partiya-təsərrüfat fəallarının yığıncağında iştirak edib.

1960-cı ildə Azərbaycan SSR Ali Sovetində məsul vəzifəyə dəvət olunub.

Vəfatı Vizual/Mobil redaktə

9 noyabr 1997-ci il tarixdə – 77 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

Digər Vizual/Mobil redaktə

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimovun bacısıdır.