Saat Əzizov (1929–2000) — Azərbaycan sovet partiya-dövlət məmuru və rəhbər kadr. Müxtəlif illərdə Nuxa/Şəki şəhər soveti sədrinin müavini, Şəki şəhər mədəniyyət şöbəsinin direktoru, Cəfərabad Kənd Təsərrüfatı Peşə Məktəbinin direktoru və s. məsul vəzifələrdə çalışmışdır.

Saat Əzizov
Əzizov Saat Məcid oğlu
Saat Əzizov
Saat Əzizov.
Doğum tarixi 15 may 1929(1929-05-15)
Doğum yeri Böyük Dəhnə, Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 9 may 2000 (70 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1950–1955)

 • Bakı Ali Partiya Məktəbi (1971–1973)

Haqqında məlumatlar

15 may 1929-cu ildə Zaqatala-Şəki mahalının Böyük Dəhnə kəndində anadan olub.

Təhsili

1946-cı ildə Böyük Dəhnə kənd orta məktəbini bitirib.

1950 – 1955-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində,

1971 – 1973-cü illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1951 – 1957-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında fotoqraf, ədəbi işçi, şöbə müdiri

1957-ci ildən Nuxa rayon komsomol komitəsinin birinci katibi,

1964 – 1965-ci illərdə Nuxa şəhər soveti sədri,

1965-ci ildən Nuxa şəhər soveti sədrinin müavini,

1972 – 1976-cı illərdə Nuxa Rayon İstehlak Cəmiyyətinin sədri,

1976 – 1983-cü illərdə Şəki şəhər mədəniyyət şöbəsində inspektor, sonra isə Şəki şəhər mədəniyyət şöbəsinin direktoru, 7578

1983 – 1998-ci illərdə Cəfərabad Kənd Təsərrüfatı Peşə məktəbinin direktoru vəzifəsində çalışıb.

1998-ci ildə əmək təqaüdünə çıxıb.

İctimai-siyasi fəaliyyətri

Dəfələrlə və ardıcıl olaraq Nuxa/Şəki rayon və şəhər xalq deputatları sovetlərinin deputatı seçilib.

Vəfatı

9 may 2000-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

İki qız və iki oğul atasıdır.

Həmçinin, bax:

Nuxa Rayon Sovetinə seçilmiş deputatların siyahısı (1957-ci il)