Sabir Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Sabir Məmmədov
Məmmədov Sabir Niyaz oğlu
(rus.: Мамедов Сабир Ниязович)
Sabir Məmmədov
Sabir Məmmədov, 2015-ci il.
Doğum tarixi 6 dekabr 1968 (1968-12-06) (56 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Rusiya
İş yeri Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.
Elmi dərəcəsi hüquq elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Vladimir Politexnik İnstitutu (1990–1994);

 • Vladimir Dövlət Universiteti, hüquq fakültəsi (1998–2001)

 • Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası, dövlət və bələdiyyə idarəçiliyi ixtisası (2010–2013)

Sabir Məmmədov — hüquq elmləri namizədi, dosent, Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun (Rusiya Federasiyası) dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

6 dekabr 1968-ci il tarixdə Şəkidə, fəhlə ailəsində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1976 – 1986-cı illərdə Şəki şəhər 19 №-li orta məktəbində təhsil alıb.

1976-cı ildə Bakı Energetika Texnikumuna qəbul olunsa da hərbi xidmətdən sonra orada təhsilini davam etdirməyib.

1989-cu ildə Vladimir Politexnik institutun hazırlıq kursuna daxil olub.

1990 – 1994-cü illərdə Vladimir Politexnik institutunda,

1998 – 2002-ci illərdə Vladimir Dövlət Universitetinin hüquq fakültəsində,

2010 – 2013-cü illərdə isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasında, dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Vladimir Dövlət Universiteti Hüquq İnstitutunun Dövlət hüquqları və gömrük işləri (rus.: «Государственного права и управления таможенным делом») kafedrasının müdiridir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Səkkiz monoqrafiyanın və bir çox məqalələrin müəllifi, yaxud həmmüəllifidir.

Elmi – ictimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

Rusiya Təbii Elmlər Akademiyasının (rus.: «Российской Академии Естествознания») müxbir üzvü və professorudur.

Beynəlxalq Təbii Elmlər Akademiyasının, Rusiya Kriminoloji Assosiasiyasının,

Rusiya Hüquqşünaslar Assosiasiyasının və Rusiya Azad-İqtisadi Cəmiyyətinin üzvüdür.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Sadıq Fətəliyev (19 Ağu 2015). "Anasının arzusu ilə professor olan həmyerlimiz (müsahibə)". https://sites.google.com/site/sekibelediyyesi/ (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
  2. "Каталог/М/Мамедов Сабир Ниязович". https://www.famous-scientists.ru (русский). Энциклопедия «Известные ученые». 22 Nov 2010 – 10 Aug 2020 tarixində arxivləşdirilib.
  3. Кафедра "Государственное право и управление таможенной деятельностью" : [arx. 24 Mar 2016 - 25 Feb 2021] : [rus.] // Владимирский государственный университет им. А.Г. и Н.Г. Столетовых. — Müraciət tarixi: 06.12.2021.