Sadıq Murtuzayev (1927–2021) — sovet dövründə, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayon partiya komitələrinin birinci katibi vəzifəsində çalışmış tanımış partiya məmuru və rəhbər kadr.

Sadıq Murtuzayev
Murtuzayev Sadıq Nəbi oğlu
Sadıq Murtuzayev.jpg
Sadıq Murtuzayev
bayraqAbşeron rayon Partiya Komitəsinin birinci katibibayraq
1988 — 1990
bayraqAğdam rayon Partiya Komitəsinin birinci katibibayraq
1980 — 1988
Sələfi Telman Orucov
Xələfi Aydın Quliyev
bayraqŞəki şəhər Partiya Komitəsinin birinci katibibayraq
oktyabr 1970 — 9 aprel 1980
Sələfi Aydın Kaşiyev
Xələfi Nurəddin Mustafayev
bayraqAbşeron rayon Partiya Komitəsinin birinci katibibayraq
1963 — dekabr 1980
bayraqZaqatala rayon Partiya Komitəsinin birinci katibibayraq
1959 — 1962
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1927(1927-07-25)
Doğum yeri İlisu, Zaqatala qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 4 fevral 2021 (93 yaşında)
Həyat yoldaşı Kəlimət Murtuzayeva
Uşaqları Nizami Murtuzayev, Nəbi Murtuzayev, Cingiz Murtuzayev, Tavat Murtuzayeva
Mükafatları "Lenin" ordeni"Lenin" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni

Haqqında məlumatlarRedaktə

25 iyul 1927-ci il tarixdə Zaqatala qəzasının İlisu kəndində anadan olub.

TəhsiliRedaktə

Pedaqoji institutun dil-ədəbiyyat fakültəsində və aspiranturada təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

Zaqatala pedaqoji texnikumunda müəllim işləyib.

1952-ci ildən Azərbaycan KP Zaqatala rayon partiya komitəsində əvvəlcə təşkilat, sonra təbliğat və təşviqat şöbəsinin müdiri olub.

1956-cı ildə Azərbaycan KP Zaqatala rayon partiya komitəsinin ikinci katibi,

1959-cu ildə isə birinci katibi seçilib.

1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri,

1963 – 1990-cı illərdə əvvəl Abşeron rayonunun, sonra Şəki şəhərinin, sonra Ağdam rayonunun, sonra yenidən Abşeron rayonunun birinci katibi vəzifəsində çalışıb.

Elmi fəaliyyətiRedaktə

1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

İctimai fəaliyyətiRedaktə

1960-cı ildə SSRİ Ali Sovetinin deputatı seçilib.

Sov.İKP-nin XXII qurultayının nümayəndəsi olub.

30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov.İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olub.

KitablarıRedaktə

  • “Şeyx Şamil”, Bakı, “Vətən”, 1993. 240 səh. (İmam Mustafayevlə birlikdə).

VəfatıRedaktə

4 fevral 2021-ci il tarixdə – 93 yaşında, vəfat edib.

Həmçinin, bax:Redaktə

ƏdəbiyyatRedaktə

  • Fərzullayev M. (2017). "Qurub-yaratmaq eşqi - Sadıq Murtuzayev - 90". http://anl.az (azərb.). 525-ci qəzet. 4 Feb 2021 tarixində arxivləşdirilib.