Sadıq Sadıqov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:09, 2 fevral 2022 tarixli dəyişiklik

Sadıq Sadıqov (1926–2005) — sovet dövründə Azərbaycanda bank sektorunda rəhbər vəzifələr tutmuş şəxs, Azərbaycan SSR əməkdar iqtisadçısı.

Sadıq Sadıqov
Sadıqov Sadıq Səməd oğlu
Sadıq Sadıqov
Sadıq Sadıqov.
Doğum tarixi 1926(1926-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 18 mart 2005 (79 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1982
"Şərəf Nişanı" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni

Haqqında məlumatlar

1926-cı ildə ziyalı ailəsində anadan olub.

Təhsili

1933 – 1943-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində təhsil alıb.

1943 – 1952-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alıb.

Əmək fəaliyyəti

1952 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankında işləyib; o cümlədən,

1952-ci ildən iqtisadçı,

1957 – 1961-ci illərdə Bakı şəhər idarəsinin rəisi,

1961 – 1975-ci illərdə Azərbaycan SSR Dövlət Bankının direktor müavini vəzifəsində çalışıb.

1975 – 1986-cı illərdə isə Azərbaycan SSR Sənaye-Tikinti Bankının (indiki Kapital Bank) idarə heyətinin sədri olub.

Təltif və mükafatları

Vəfatı

18 mart 2005-ci il tarixdə – 79 yaşında, vəfat edib

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Sadıqov Sadıq // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 335–336. — 600 nüsx. — ISBN 5-8066-1708-4.