Töhrab Hüseynov — musiqiçi-pedaqoq, Şəki Musiqi Texnikumunun sabiq direktoru.

Töhrab Hüseynov
Hüseynov Töhrab Fərrux oğlu
Töhrab Hüseynov
Töhrab Hüseynov, 2002-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1954 (1954-04-10) (69 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Musiqi Texnikumu (1969–1973)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1974–1979)
facebook səhifəsi

Haqqında məlumatlarRedaktə

10 aprel 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1961 – 1971-ci ildə 10 №-li Nuxa/Şəki şəhər orta məktəbində,

1963 – 1968-ci illərdə Nuxa şəhər yeddiillik musiqi məktəbinin tar sinfində,

1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda,

1974 – 1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (tar ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1969-cu ildən uşaq bağçalarında, sonralar yeddiillik uşaq musiqi məktəblərində (Şəkidə və Bakıda) müəllim,

1979 – 1987-ci illərdə Şəki Musiqi Texnikumunda şöbə müdiri,

1987 – 1989-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru,

1989 – 2010-cu illərdə əvvəlcə qısa müddət (1989-cu ilin 5 iyul – 1 avqust tarixləri arası) Şəki Musiqi Texnikumunda tədris işləri üzrə direktor müavini, sonra isə (1 avqust 1989-cu il – 7 iyun 2010-cu il tarixləri arası) direktor vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyiRedaktə

1990-cu ildə Şəki Şəhər Sovetinin deputatı seçilib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının I – III və Azərbaycan müəllimlərinin XI – XIII qurultaylarının nümayəndəsi olub.

Şəki Musiqi Texnikumunun direktoru olduğu illərdə (1989 – 2010) Şimal – Qərb regionunda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edib.

MükafatlarıRedaktə

  • Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Şəki şəhər İH başçısının, Şəki şəhər Xalq Marifi Şöbəsinin fəxri fərmanları.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynov Töhrab // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 172-173. — 600 nüsx. — ISBN 5-8066-1708-4.