Təhminə Rüstəmova
Təhminə Rüstəmova (1926–2021) — Azərbaycan Respublikasının əməkdar müəllimi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının professoru.
Təhminə Rüstəmova | |
---|---|
Rüstəmova Təhminə Zəkəriyyə qızı | |
![]() | |
Təhminə Rüstəmova. | |
Doğum tarixi | 24 avqust 1926 |
Doğum yeri |
Nuxa (indiki Şəki), Şəki qəzası , ![]() ![]() ![]() |
Vəfat tarixi | 6 avqust 2021 (94 yaşında) |
Elm sahəsi | filologiya, fars dili |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, fars filologiyası şöbəsi (1944–1949) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, aspirantura, fars dilçiliyi ixtisası (1949–) |
Mükafatları |
![]() ![]() |
Haqqında məlumatlarRedaktə
24 avqust 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1944-cü ildə Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.
1944 – 1949-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində təhsil alıb.
1949-cu ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin aspiranturasında fars dilçiliyi ixtisası üzrə təhsilini davam etdirib.
Elmi fəaliyyətiRedaktə
1954-cü ildə “Müasir fars ədəbi dilində feli sifət və feli bağlamalarının morfoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1964-cü il dosent elmi adını alıb.
1990-cı ildə isə “Feli sifət və feli sifət tərkiblərinin qarşılıqlı-tipoloji planda leksik-qrammatik xüsusiyyətləri problemi (fars və azərbaycan dilləri materialları əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
160-dan çox, əsasən fars dilçiliyinə, qismən də ərəb və azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunub. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. “Tərəqqi” medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Əmək fəaliyyətiRedaktə
1954-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində işləyib; o cümlədən,
1954 – 1964-cü illərdə Yaxın və Orta Şərq dilləri kafedrasında baş müəllim,
1964 – 1990-cü illərdə İran filologiyası kafedrasında dosent,
1990-cı ildən İran filologiyası kafedrasında professor vəzifəsini tutub.
Təltif və mükafatlarıRedaktə
- “Tərəqqi” medalı (2000);
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2009).
VəfatıRedaktə
6 avqust 2021-ci il tarixdə – 94 yaşında, Bakıda vəfat edib.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Rüstəmova Təhminə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 492-494. — 1.000 nüsx.
- Təhminə Rüstəmova : [arx. 7 Jul 2011 - 7 Aug 2021] // Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi. — Müraciət tarixi: 13.11.2021.
- Təhminə Rüstəmova : [arx. 19 Aug 2017 - 7 Aug 2021] // Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi. — Müraciət tarixi: 13.11.2021.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |