Tələt Orucov
Tələt Orucov (1917–1996) — Şəkinin tanınmış sovet dövrü həkimlərindən biri. Şəkidəki 3 nömrəli poliklinikanın baş həkimi, mərkəzi xəstəxananın baş həkiminin müavini və s. vəzifələrdə çalışmışdır.
Tələt Orucov | |
---|---|
Orucov Tələt Orucov Umar oğlu | |
![]() | |
Tələt Orucov, 1970-ci illər. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
10 iyun 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Azərbaycan Tibb İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1942-ci ildə Nuxa Rayon Hərbi Komissarlığından hərbi-həkim olaraq hərbi xidmətə qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır; əvvəl 105-ci atıcı polkda, sonra Cənub-Qərb cəbhəsində, daha sonra isə 1938-ci zenit artilleriya polkunda xidmət edib. Əvvəl 3-cü dərəcəli hərbi həkim, sonra tibb xidməti podpolkovniki (polkovnik-leytenant) rütbəsinə malik olub.
6 noyabr 1945-ci il tarixdə ordudan tərxis edilib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1946-cı ildən Nuxa xəstəxanalarında həkim işləyib.
1959-cu ildə Nuxa şəhər 3 nömrəli müalicəxanasının (poliklinika) baş həkimi idi. Sonralar Şəki şəhər xəstəxanasında baş həkiminin müavini vəzifəsində çalışmışdır.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- I dərəcəli “Vətən Müharibəsi ordeni” (06.04.1985).
İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə
1957, 1959 və 1961-ci illərdə Nuxa şəhər Sovetinə deputat seçilib.
Vəfatı Vizual/Mobil redaktə
9 may 1996-cı il tarixdə – 78 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Оруджев Талат Умар-оглы : [arx. 13.01.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 13.01.2024.
- Оруджев Талат Умарович : [arx. 13.01.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 13.01.2024.
Bildiriş Vizual/Mobil redaktə
...
...