Tacəddin Aslanov (1930–1978) — tanınmış hüquqşünas, Şəki rayon Xalq Məhkəməsinin sədri.

Tacəddin Aslanov
Aslanov Tacəddin Valeh oğlu
Tacəddin Aslanov
Tacəddin Aslanov.
Doğum tarixi 6 yanvar 1930(1930-01-06)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 avqust 1978 (48 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1947–)

 • Ali Partiya Məkəbi (1966–1968)

Haqqında məlumatlarRedaktə

6 yanvar 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbində təhsil alıb.

1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

1966 – 1968-ci illərdə Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı Komsomol Komitəsinin katibi olub.

1965-ci ildən Azərbaycan KP Nuxa Şəhər Partiya Komitəsində əvvəl təlimatçı, sonra isə təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1970 və 1975-ci illərdə Şəki Rayon Xalq Məhkəməsinin hakimi seçilib. Birinci dəfə Şəki rayon xalq hakimliyinə namizədliyi V.İ.Lenin adına Şəki İpək Kombinatının, ikinci dəfə isə “Paris Kommunası” kolxozunun əmək kollektivi tərəfindən irəli sürülmüşdür. 1975-ci ildən həm də Şəki Rayon Xalq Məhkəməsinin sədri idi.

VəfatıRedaktə

15 avqust 1978-ci il tarixdə – 48 yaşında, Şəkidə vəfat edib.

ƏdəbiyyatRedaktə

  • Xalq hakimliyinə namizədlər // M.Salis İpəkçi : qəzet. — Şəki, 1976. — В. 10 aprel. — № 9 – 10 (1273).