Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tahir Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:45, 28 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Tahir Məmmədov
Məmmədov Tahir Məcid oğlu
Tahir Məmmədov
Tahir Məmmədov.
Doğum tarixi 29 aprel 1950 (1950-04-29) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1973)

Tahir Məmmədov — tanınmış həmkarlar təşkilatı işçisi; uzun müddət Şəki İpək kombinatında həmkarlar təşkilatı komitəsinin sədri vəzifəsində çalışmışdır. Həmçinin, 1990-cı ildə 129 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd olmuşdur.

Haqqında məlumatlar

29 aprel 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1967-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini,

1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək və digər fəaliyyəti

Tələbəlik illərində (1967–1973) çilingər peşəsində əmək fəaliyyətinə başlayıb.

Hərbi xidmət dövründə Beloqorsk şəhərində (Amur vilayəti, RSFSR) alayın rabitə rəisi olub.

Hərbi xidmətdən sonra V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində təlimatçı, şöbə rəisi, partiya komitəsi katibinin müavini, həmkarlar təşkilatı komitəsinin sədri vəzifəsində çalışıb. Daha sonra V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin bazasında təsis edilmiş Şəki “İpək” Şirkətinin, V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsinin bazasında təsis edilmiş “Şəki-İpək” ASC həmkarlar təşkilatı komitəsinin sədri olub.

1990-cı ildə 129 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilsə də, həmin dairə üzrə nəticələr ləğv edildikdən sonra təkrar seçkidə iştirak etməyib.

Ədəbiyyat

  1. Respublika xalq deputatlığına namizəd, birlik həmkarlar ittifaqı komitəsinin sədri Tahir Məcid oğlu Məmmədovun seçkiqabağı platforması (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.

Şablon:Yaxşı məqalə