Teymurxan Şamilov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:59, 18 sentyabr 2021 tarixli dəyişiklik

Teymurxan Şamilov (1950–2018) — Şəki şəhər bələdiyyəsinin sabiq sədri.

Teymurxan Şamilov
Şamilov Teymurxan Şövkətziya oğlu
Teymurxan Şamilov
Teymurxan Şamilov.
Doğum tarixi 1950(1950-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 22 yanvar 2018 (68 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Uşağı Vəfa Şamilova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika şöbəsi (1967–1972)

Haqqında məlumatlar

1950-ci ildə anadan olub.

Təhsili

1967-ci ildə Nuxa şəhər 7 saylı orta məktəbini bitirib.

1967 – 1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1972-ci ildə Mingəçevir şüşə liflər zavodunda usta köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1973 – 1976-cı illərdə Şəki sənaye kombinatında mühəndis-mexanik,

1976 – 1979-cu illərdə V.İ.Lenin adına Şəki İpək Kombinatının baramaaçan istehsalında sex ustası, istehsalat rəisi,

1979 – 1982-ci illərdə Bakı bədii istehsalat idarəsində mühəndis vəzifəsində çalışıb.

1982-ci ildən Şəki istehsalat kombinatında müxtəlif vəzifələrdə işləyib; o cümlədən,

1991-ci ilin sentyabr ayının 1-dən həmin müəssisənin baş mühəndisi,

1996-cı ilin fevral ayının 10-dan isə direktoru olub.

1999-cu ilin iyul ayında “Şəki-İpək” ATSC İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

2000 – 2005-ci illərdə Şəki Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Vəfatı

22 yanvar 2018-ci il tarixdə – 68 yaşında, Bakıda toy məclisində iştirak edərkən ürək tutmasından vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Şamilov Teymurxan // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 368–369. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. 68 yaşlı kişi toyda öldü : [arx. 18.09.2021] // Ölke.Az. — 2018. — 23 yanvar. — Müraciət tarixi: 18.09.2021.