Vüqar Abdurahmanov

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Elmi fəaliyyəti) tərəfindən edilmiş 16:30, 14 sentyabr 2021 tarixli dəyişiklik

Vüqar Abdurahmanov— riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.

Vüqar Abdurahmanov
Abdurahmanov Vüqar Əbülfət oğlu
Vüqar Abdurahmanov
Vüqar Abdurahmanov.
Doğum tarixi 29 may 1972(1972-05-29)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (baş müəllim)
Elmi dərəcəsi riyaziyyat üzrə fəlsəfə doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1989–1994)
facebook səhifəsi

Haqqında məlumatlar

29 may 1972-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1978 – 1988-ci illərdə Qoxmuq kənd orta məktəbində,

1989 – 1994-сü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiretinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti

2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anları üçün limit teoremləri və onların tətbiqləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2-si xaricdə olmaqla çapdan çıxmış 21 elmi əsərin müəllifidir.

2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında doktorluq işinin mövzusu təsdiq olunub.

Əmək fəaliyyəti

2014 – 2020-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində elmi katib,

2004 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim,

2009 – 2009-cu illərdə baş müəllim vəzifəsində çalışıb.

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.

Ədəbiyyat

  1. Şəki REM-in fəlsəfə doktorları : Abdurahmanov Vüqar Əbülfət oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 14.09.2021.