Vüqar Kərimov
Vüqar Kərimov | |
---|---|
Kərimov Vüqar Nəzir oğlu | |
![]() | |
Vüqar Kərimov. |
Vüqar Kərimov — biologiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
2 aprel 1973-cü il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1995-ci ildə Gəncə Dövlət Universitetini (biologiya və kimya ixtisası üzrə),
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) bitirib.
1995 – 1998-ci illərdə AMEA Botanika İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1998 – 2018-ci illərdə AMEA Botanika İnstitutunda əvvəl elmi işçi, sonra aparıcı elmi işçi, daha sonra böyük elmi işçi, laboratoriya və şöbə müdiri vəzifəsində çalışıb.
2008 – 2012-ci ilərdə SOCAR-ın Ekologiya İdarəsində işləyib; o cümlədən,
2008 – 2010-cu illərdə Yaşıllaşdırma Departamentinin əvvəl rəis müavini, sonra isə rəisi,
2010 – 2012-ci illərdə isə idarə rəisinin müavini olub.
2012 – 2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini vəzifəsində çalışıb.
2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir; o cümlədən,
2018 – 2020-ci illərdə aparat rəhbəri olub,
14 aprel 2020-ci il tarixindən isə nazir müavinidir.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
2001-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsi,
2017-ci ildə botanika ixtisası üzrə dosent elmi adını alıb.
65 elmi əsərin, o cümlədən, 3 kitabın müəllifi, Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinin həmmüəllifidir.
Siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (2016).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, 2 övladı var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- ...
Bildiriş[HTML redaktə]
...