Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Vüsal Baxışov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:13, 4 noyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Vüsal Baxışov
Baxışov Vüsal Bünyamin oğlu
Vüsal Baxışov
Vüsal Baxışov.
Doğum tarixi 5 noyabr 1979 (1979-11-05) (44 yaş)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Respublikasının Milli Məclisi
Elmi dərəcəsi tarix üzrə fəlsəfə doktoru
Təhsili

 • Bakı Dövlət Universitetinin Şəki filialı, tarix fakültəsi (1996–2000)

 • Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, tarix fakültəsi, magistratura, Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası (2000–2002)

 • Gəncə Dövlət Universiteti, aspirantura, Vətən tarixi ixtisası (2002–2004)
Həyat yoldaşı Nigar Baxışova
Evladları Ərhun, Nazilə və Ərtur
Atası Bünyamin Baxışov
Anası Nazilə Baxışova

Vüsal Baxışov — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının humanitar fənlər kafedrasının müdiri. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantı və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimlinin köməkçisidir.

Haqqında məlumatlar

5 noyabr 1979-cu il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1985 – 1993-cü illərdə Şəki şəhər 6 saylı orta məktəbində,

1993 – 1996-cı illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində,

1996 – 2000-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialının tarix fakültəsində,

2000 – 2002-ci illərdə Məmmədəmin Rəsuluzadə adına Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistraturasında,

2002 – 2004-cü illərdə Gəncə Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

10 noyabr 2012-ci il tarixdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

18 fevral 2014-cü il tarixdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Azərbaycanda və xaricdə müxtəlif elmi jurnallarda dərc edilmiş 40-a yaxın elmi məqalənin müəllifidir. Yerli və beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Azərbaycan cəmiyyətinin müasir sosial-iqtisadi inkişafına və əhalinin hüquqi maarifləndirilməsinə dair 3 kitabın həmmüəllifidir.

Hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır və “Ermənistan SSR-in anti-Azərbaycan siyasəti (1920–1945-ci illər)” mövzusunda dissertasiya işi üzrə tədqiqat aparır.

Əmək fəaliyyəti

1998 – 2000-ci illərdə Kiş kənd orta məktəbində,

2002 – 2007-ci illərdə isə Şəki şəhər M.Füzuli adına 3 saylı orta məкtəbində,

2009 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim işləyib.

2015-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının bazasında yaradılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında işləyir; o cümlədən əvvəl baş müəllim,

17 iyul 2017-ci il tarixdən isə humanitar fənlər kafedrasının müdiri vəzifəsini tutub.

Digər

1 mart 2007-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Aparatında III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Əhməd oğlu Məsimlinin köməkçisi vəzifəsində çalışır.

2010-cu ildə təsis edilmiş «İqtisadi və Sosial İnnnovasiyalar İnstitutu” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. Azərbaycan cəmiyyətinin müasir sosial-iqtisadi inkişafına və əhalinin hüquqi maarifləndirilməsinə aid 3 layihənin koordinatoru olub.

Ailəsi

Ailəlidir, üç övladı var.

Ədəbiyyat

  1. Humanitar Fənlər Kafedrası : [arx. 20 Apr 2021 - 23 Mar 2022] // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı. — 2020. — 14 avqust. — Müraciət tarixi: 31.08.2022.