Vüsal Baxışov
Vüsal Baxışov | |
---|---|
Baxışov Vüsal Bünyamin oğlu | |
Vüsal Baxışov. | |
Doğum tarixi | 5 noyabr 1979 |
Doğum yeri | Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Respublikasının Milli Məclisi |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
Təhsili |
• Bakı Dövlət Universitetinin Şəki filialı, tarix fakültəsi (1996–2000) • Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, tarix fakültəsi, magistratura, Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası (2000–2002) • Gəncə Dövlət Universiteti, aspirantura, Vətən tarixi ixtisası (2002–2004) |
Həyat yoldaşı | Nigar Baxışova |
Evladları | Ərhun, Nazilə və Ərtur |
Atası | Bünyamin Baxışov |
Anası | Nazilə Baxışova |
facebook səhifəsi |
Vüsal Baxışov — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının humanitar fənlər kafedrasının müdiri. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantı və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimlinin köməkçisidir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
5 noyabr 1979-cu il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1985 – 1993-cü illərdə Şəki şəhər 6 saylı orta məktəbində,
1993 – 1996-cı illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində,
1996 – 2000-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialının tarix fakültəsində,
2000 – 2002-ci illərdə Məmmədəmin Rəsuluzadə adına Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistraturasında,
2002 – 2004-cü illərdə Gəncə Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
10 noyabr 2012-ci il tarixdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
18 fevral 2014-cü il tarixdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Azərbaycanda və xaricdə müxtəlif elmi jurnallarda dərc edilmiş 40-a yaxın elmi məqalənin müəllifidir. Yerli və beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Azərbaycan cəmiyyətinin müasir sosial-iqtisadi inkişafına və əhalinin hüquqi maarifləndirilməsinə dair 3 kitabın həmmüəllifidir.
Hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır və “Ermənistan SSR-in anti-Azərbaycan siyasəti (1920–1945-ci illər)” mövzusunda dissertasiya işi üzrə tədqiqat aparır.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1998 – 2000-ci illərdə Kiş kənd orta məktəbində,
2002 – 2007-ci illərdə isə Şəki şəhər M.Füzuli adına 3 saylı orta məкtəbində,
2009 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim işləyib.
2015-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının bazasında yaradılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında işləyir; o cümlədən əvvəl baş müəllim,
17 iyul 2017-ci il tarixdən isə humanitar fənlər kafedrasının müdiri vəzifəsini tutub.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
1 mart 2007-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Aparatında III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Əhməd oğlu Məsimlinin köməkçisi vəzifəsində çalışır.
2010-cu ildə təsis edilmiş «İqtisadi və Sosial İnnnovasiyalar İnstitutu” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. Azərbaycan cəmiyyətinin müasir sosial-iqtisadi inkişafına və əhalinin hüquqi maarifləndirilməsinə aid 3 layihənin koordinatoru olub.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, üç övladı var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Humanitar Fənlər Kafedrası : [arx. 20 Apr 2021 - 23 Mar 2022] // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı. — 2020. — 14 avqust. — Müraciət tarixi: 31.08.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |