Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Vaqif Mustafayev

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 03:47, 9 yanvar 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
......
Vaqif Mustafayev
Mustafayev Vaqif
Vaqif Mustafayev
Vaqif Mustafayev.

Vaqif Mustafayev — tanınmış musiqiçi-pedaqoq. 10 ildən çox müddət ərzində Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləmişdir.

Haqqında məlumatlar

8 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Hərbi xidmət

1971 – 1973-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Təhsili

Vaqif Mustafayev “İpəkçi” ansamblında gitara çalarkən, 1976-cı il.

1977-ci ildə Şəki Musiqi Texnikumunu bitirib.

Əmək və musiqiçi fəaliyyəti

Vaqif Mustafayev Ə.Bakıxanov adına Xalq çalğı ansamblında ud çalarkən.

1974 – 1976-cı illərdə Şəkidə fəaliyyət göstərmiş “İpəkçi” ansamblının (Şəki ipək kombinatı) yaradılmasında yaxından iştirak edib və onun tərkibində müxtəlif yerlərdə (ipək kombinatı, Marxal, “Səadət” pioner düşərgəsi və s.) təşkil olunmuş bayram şənliklərində, konsertlərdə gitara çalıb.

2001 – 2004-cü illərdə Rusiya Federasiyasının Tümen vilayətində “Şahdağ” ansamblında həm tar, həm saz və həm də gitara çalıb.

2004 – 2017-ci illərdə Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləyib.

2017-ci ildən əmək təqaüdündədir. Bununla yanaşı, uşaqlara tar, saz və gitarada özəl dərslər keçir.

Həmçinin, bax:

Elman Mustafayev

Bildiriş

...

...