Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov (1933–1999) — tanınmış ixtiraçı-mühəndis, həvəskar tarzən, bas tarının (bəm tarın) yaradıcısı. Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi şəkildə istehsal olunub.
Varid Fərzəlibəyov | |
---|---|
Fərzəlibəyov Varid Nəsib oğlu | |
![]() | |
Varid Fərzəlibəyov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1933 |
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() ![]() |
Vəfat tarixi | 23 mart 1999 (65 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri |
Keşlə qəbiristanlığı, Bakı, ![]() |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Hicran |
Uşaqları | Aytən və Fuad |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi |
Haqqında məlumatlarRedaktə
2 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
M.F.Axundov adına Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
30 il “Azərelektroişıq” istehsalat birliyində laboratoriya müdiri vəzifəsində çalışıb.
YaradıcılığıRedaktə
1962-ci ildə yeni bir musiqi alətini – bas tarını (bəm tarı) ixtira edib. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov, H.Xanməmmədovun iştirakı ilə təşkil olunmuş komissiya bu ixtiraya yüksək qiymət veriblər.
1966-cı ildə bu alətə görə SSRİ miqyasında patent alıb[1]. Bas tarını Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs tembrini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarı quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
Yaradıcılığından nümunələrRedaktə
VəfatıRedaktə
23 mart 1999-ci il tarixdə – 65 yaşında, Bakıda vəfat edib. Keşlə qəbiristanlığında dəfn olunub.
AiləsiRedaktə
Atası Nəsibbəy Nuxada tanınmış diş həkimi idi. Ailədə beş bacı, iki qardaş olublar.
Varid Fərzəlibəyov Nuxada aqronom Qəni Hüseynov və pedaqoq Tahirə Əkbərovanın qızı Hicranla ailə qurub, bir qızı və bir oğlu olub.
Qızı Aytən Tibb Universitetinin məzunudur və Bakı klinikalarının birində həkim işləyir, Bəxtiyar Mustafayevin nəvəsi Rövşənə ərə gedib və iki qızı var.
İstinadlarRedaktə
ƏdəbiyyatRedaktə
- Народный струнный музыкальный инструмент типа азербайджанского тара : [arx. 11 Mar 2016 - 4 Dec 2021] : [rus.] // База патентов СССР. — Müraciət tarixi: 22.03.2023.
- Əlisoy V. Bas-tarı Varid Fərzəlibəyov icad edib // Min bir mahnı : qəzet. — 25 noyabr 2002. — № 16. — Səh. 8-9.
- Məmmədov Ə., Xalıqov F. Fərzəlibəyov Varid // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 138-142. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Bas tar və ya Bəm tar : [arx. 25 Nov 2018 - 30 Mar 2022] // Muğam Ensiklopediyası. — Müraciət tarixi: 22.03.2023.
- Musiqi alətləri : Tar : [arx. 14 Nov 2008 - 26 Jan 2022] // Musigi Dunyasi. — Müraciət tarixi: 22.03.2023.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |