Vasim Məmmədəliyev
Vasim Məmmədəliyev | |
---|---|
Məmmədəliyev Vasim Məmmədəli oğlu | |
![]() | |
Vasim Məmmədəliyev 2011-ci il. |
Vasim Məmmədəliyev (1942–2019) — tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
27 avqust 1942-ci il tarixində Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1949 – 1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbində,
1959 – 1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində,
1964 – 1967-ci illərdə isə Xarici Dillər Pedaqoji İnstitutunun aspiranturasında sami dilləri ixtisası üzrə təhsil alıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1968-ci ildə “Müasir ərəb, azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlil” mövzusunda namizədlik dissertasiyasını,
1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1978-ci il professor elmi adını alıb.
1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olub.
2001-ci ildə AMEA-nın müxbir üzvü,
2007-ci ildən müxbir üzvü seçilib.
40 fəlsəfə doktorunun, 5 elmlər doktorunun elmi rəhbəri olub.
160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1981 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı,
1991 – 1992-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət universitetinin prorektoru,
1992 – 2019-cu illərdə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri olub.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
İki qızı, bir oğlu var.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı (28 oktyabr 1992);
- “Dağıstan Respublikasının əməkdar elm xadimi” fəxri adı (2003);
- “Şöhrət” ordeni (26 avqust 2002);
- “Şərəf” ordeni (30 oktyabr 2009);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (30 avqust 2012);
- “Qızıl çinar” beynəlxalq mükafatı (10 may 2017).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 282-283. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- ...
- ...
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...