Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Yaşar Qarayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yaşar Qarayev
Qarayev Yaşar Vahid oğlu
Yaşar Qarayev
Yaşar Qarayev, 2000-ci il.
Doğum tarixi 5 mart 1936(1936-03-05)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 avqust 2002 (66 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universi­te­ti, filologiya fa­kül­təsi (1954–1958)
Tanınır tənqidçi, ədəbiyyatşünas
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adıAzərbaycan SSR Dövlət mükafatı — 1980

Yaşar Qarayev (1936–2002) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adı­na Ədə­biyyat Dil İnstitutunun direktoru.

Haqqında məlumatlar

5 mart 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa şəhər 3 №-li orta məktəbində və Bakı şəhər 31 №-li orta məktəbində təhsil alıb.

1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universi­te­tinin filologiya fa­kül­təsini bitirib.

Əmək fəaliyyəti

1959-cu ildən Azərbaycan SSR EA-da əmək fəa­liy­­­yə­tinə başlayıb.

1975 – 2002-ci illərdə Azərbaycan SSR EA/AMEA Nizami adı­na Ədə­biyyat Dil İnstitutunda/Nizami adına Ədəbiyyat İnstitutunda işləyib; o cümlədən,

1975 – 1981-ci illərdə şöbə mü­diri,

1981 – 1985-ci illərdə elmi işlər üzrə direk­tor müa­vini,

1985-ci ildən isə daha sonra direk­to­r vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1963-cü ildə filologiya üzrə namizədlik dissertasiyasını,

1979-cu ildə dok­torluq dissertasiyasını müdafiə edib.

1985-ci ildə pro­fessor elmi adını alıb.

2001-ci ildə Azər­bay­can Mil­li Elmlər Akademiyası­nın müx­bir üzvü se­çi­lib.

38 mo­no­qrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məc­muə­­sinin, 500-dən artıq məqalənin müəllifidir.

İctimai aktivliyi

«Dünya ədəbiyyatının inkişaf qa­nu­na­uy­­ğun­luqları» problemi üzrə Əlaqə­lən­dirmə Şu­­ra­sı­nın (1985 – 2002), Ədəbiyyatşünaslıq üz­rə mü­da­fiə şura­sının sədri, Ali Attestasiya Ko­missi­ya­sı Rəyasət Heyətinin, bir sıra elmi və bə­dii şu­ra­ların, Çingiz Aytmatov Aka­­de­mi­ya­sının, Atatürk Araş­dırmalar Mər­kə­zinin, Şəh­ri­yar Konqresinin üzvü olmuşdur.

Təltif və mükafatları

Vəfatı

25 avqust 2002-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq dərc olunub.

Xatirəsi

Yaşar Qarayevin "Seçilmiş əsərləri" 5 cild
Müəlliflər baş redaktor akademik İsa Həbibbəyli, elmi redaktor fil.e.d.prof. Şirindil Alışanlı, tərtib edənlər: fil.e.d.prof. Şirindil Alışanlı, fil.f.d.dos. Aygün Bağırlı
Janr Ədəbiyyyat tarixi
Orijinalın dili azərbaycan dili
Ölkə Azərbaycan
Nəşriyyat "Elm"
Cild 5

Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 2015-ci il, 14/5 nömrəli Qərarına əsasən “Seçilmiş əsərləri” 5 cilddə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir.

Əsərləri

  • Faciə və qəhrəman. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1965, 192 səh.
  • Səhnəmiz və müasirlərimiz. Bakı: Azərnəşr, 1972, 252 səh.
  • Tənqid: problemlər, portretlər. Bakı: Azərnəşr, 1976, 212 səh.
  • Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh.
  • Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 səh.
  • Mirzə Fətəli Axundov. Bakı: Yazıçı, 1982, 36 səh.
  • Poeziyanın kamilliyi. Bakı: Yazıçı, 1985, 190 səh. (şərikli).
  • Ədəbi üfüqlər. Bakı: Gənclik, 1985, 286 səh.
  • Meyar-şəxsiyyətdir. Bakı: Yazıçı, 1989, 494 səh.
  • Xan bülbülün nağılı. Bakı: Azərnəşr, 1994, 56 səh.
  • Tarix: Yaxından və uzaqdan. Bakı: 1996, 710 səh.

Filmoqrafiya

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qarayev Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 318-321. — 1.000 nüsx.
  2. "YAŞAR VAHİD OĞLU QARAYEV". azertag.az (azərb.). AZƏRTAC. 25.08.2002. 25 Aug 2020 tarixində arxivləşdirilib.
  3. "Vəfat etmiş müxbir üzvlər/Qarayev Yaşar Vahid oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.