Yaşar Qarayev
Yaşar Qarayev | |
---|---|
Qarayev Yaşar Vahid oğlu | |
Yaşar Qarayev, 2000-ci il. | |
Doğum tarixi | 5 mart 1936 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 25 avqust 2002 (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1954–1958) |
Tanınır | tənqidçi, ədəbiyyatşünas |
Mükafatları |
Yaşar Qarayev (1936–2002) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Dil İnstitutunun direktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
5 mart 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxa şəhər 3 №-li orta məktəbində və Bakı şəhər 31 №-li orta məktəbində təhsil alıb.
1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1959-cu ildən Azərbaycan SSR EA-da əmək fəaliyyətinə başlayıb.
1975 – 2002-ci illərdə Azərbaycan SSR EA/AMEA Nizami adına Ədəbiyyat Dil İnstitutunda/Nizami adına Ədəbiyyat İnstitutunda işləyib; o cümlədən,
1975 – 1981-ci illərdə şöbə müdiri,
1981 – 1985-ci illərdə elmi işlər üzrə direktor müavini,
1985-ci ildən isə daha sonra direktor vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1963-cü ildə filologiya üzrə namizədlik dissertasiyasını,
1979-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
1985-ci ildə professor elmi adını alıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
38 monoqrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məcmuəsinin, 500-dən artıq məqalənin müəllifidir.
İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
«Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» problemi üzrə Əlaqələndirmə Şurasının (1985 – 2002), Ədəbiyyatşünaslıq üzrə müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, bir sıra elmi və bədii şuraların, Çingiz Aytmatov Akademiyasının, Atatürk Araşdırmalar Mərkəzinin, Şəhriyar Konqresinin üzvü olmuşdur.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan SSR Dövlət mükafatı (1980);
- Azərbaycan SSR əməkdar elm xadimi fəxri adı (1982);
- «Məmməd Araz» mükafat;
- «Həsən Turabov» mükafatı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
25 avqust 2002-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq dərc olunub.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Yaşar Qarayevin "Seçilmiş əsərləri" 5 cild | |
---|---|
Müəlliflər | baş redaktor akademik İsa Həbibbəyli, elmi redaktor fil.e.d.prof. Şirindil Alışanlı, tərtib edənlər: fil.e.d.prof. Şirindil Alışanlı, fil.f.d.dos. Aygün Bağırlı |
Janr | Ədəbiyyyat tarixi |
Orijinalın dili | azərbaycan dili |
Ölkə | Azərbaycan |
Nəşriyyat | "Elm" |
Cild | 5 |
Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq anadan olmasının 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin 2015-ci il, 14/5 nömrəli Qərarına əsasən “Seçilmiş əsərləri” 5 cilddə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmişdir.
Əsərləri[Vizual/Mobil redaktə | HTML redaktə]
- Faciə və qəhrəman. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1965, 192 səh.
- Səhnəmiz və müasirlərimiz. Bakı: Azərnəşr, 1972, 252 səh.
- Tənqid: problemlər, portretlər. Bakı: Azərnəşr, 1976, 212 səh.
- Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh.
- Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 səh.
- Mirzə Fətəli Axundov. Bakı: Yazıçı, 1982, 36 səh.
- Poeziyanın kamilliyi. Bakı: Yazıçı, 1985, 190 səh. (şərikli).
- Ədəbi üfüqlər. Bakı: Gənclik, 1985, 286 səh.
- Meyar-şəxsiyyətdir. Bakı: Yazıçı, 1989, 494 səh.
- Xan bülbülün nağılı. Bakı: Azərnəşr, 1994, 56 səh.
- Tarix: Yaxından və uzaqdan. Bakı: 1996, 710 səh.
Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]
- Geriyə baxmağa dəyər (film, 1985).
- Sən həmişə bizimləsən (film, 1997).
- Cavad Heyət varlığı (film, 2002).
- Üç zirvənin fatehi (film, 2008).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Qarayev Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 318-321. — 1.000 nüsx.
- "YAŞAR VAHİD OĞLU QARAYEV". azertag.az (azərb.). AZƏRTAC. 25.08.2002. 25 Aug 2020 tarixində arxivləşdirilib.
- "Vəfat etmiş müxbir üzvlər/Qarayev Yaşar Vahid oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- 1936-cı ildə doğulanlar
- 5 martda doğulanlar
- Martda doğulanlar
- 25 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə