Yevgeniya Bəkirova
Yevgeniya Bəkirova | |
---|---|
Bəkirova Yevgeniya Məmmədəmin qızı | |
Yevgeniya Bəkirova. | |
Doğum tarixi | 26 yanvar 1954 |
Doğum yeri | Feodosiya, Ukrayna SSR, SSRİ |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi, Ekoloji biofizika şöbəsi (rəhbər) |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi, axşam şöbəsi (1971) |
Atası | Məmmədəmin Bəkirov |
Yevgeniya Bəkirova — AMEA Şəki Regional Elmi Mərkəzin Ekoloji biofizika şöbəsinin rəhbəri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
26 yanvar 1954-cü il tarixdə Feodosiyada (Ukrayna) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1971-ci ildə Bakıda orta məktəbi bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin fizika fakültəsinin axşam şöbəsinə daxil olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1971-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunda I dərəcəli elektromontajçı olaraq əmək fəaliyyətinə başlayıb. Sonra dərəcəsi VI dərəcəyədək yüksəlib.
1974-cü ildən Fizika İnstitutunun Yarımkeçiricilərdə qeyri-taraz elektron prosesləri laboratoriyasında baş laborant,
1975 – 1978-ci illərdə Azərbaycan SSR EA-nın “Kaspi” Elmi Mərkəzində və Xüsusi Konstruktor Bölməsində mühəndis vəzifəsində çalışıb.
Hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəridir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirovanın 70 illik yubileyi qeyd olunub : [arx. 26.01.2024] // AMEA Şəki Regional Elmi Mərkəzi. — 2024. — 29 yanvar. — Müraciət tarixi: 26.01.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |