Yusif RəhimovAMEA Şəki Regional Elmi Mərkəzinin mülki-müdafiə şöbəsinin müdiri.

Yusif Rəhimov
Rəhimov Yusif Rəsul oğlu
Yusif Rəhimov
Yusif Rəhimov, 2019.
Anadan olub 12 yanvar 1959 (1959-01-12) (65 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Uşaqları Ruslan Rəhimov, Nemət Rəhimov, Rəsul Rəhimov
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), elektromexanika fakültəsi (1977–1979, 1981–1984)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

12 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində,

1977 – 1979, 1981 – 1984-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) elektromexanika fakültəsində təhsil alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

1979 – 1981-ci illərdə Kiyev Hava Hücumundan Müdafiə Dairəsinin qırıcı aviasiya polkunda hərbi xidmət edib. Xidmət zamanı 1-ci dərəcəli aviasiya mexaniki ixtisasına yiyələnib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1976 – 1977-ci illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin 2 №-li filialında fəhlə işləyib.

1984 – 1985-ci illərdə “Azərneftkimyazavodtəmiri” trestinin (Bakı) ixtisaslaşdırılmış mexanizasiya idarəsində mexanik,

1985 – 2002-ci illərdə Şəki rayonlararası “Aqrarsənayetikinti” trestində mühəndis, böyük mühəndis, texniki şöbə rəisi, baş mühəndis vəzifələrində çalışıb.

2003 – 2014-cü illərdə AMEA Şəki Regional Elmi Mərkəzində əvvəl kiçik elmi işçi, sonra elmi işçi,

2014 – 2024-cü illərdə ekoloji coğrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2024-cü ilin fevral ayından AMEA Şəki Regional Elmi Mərkəzin mülki-müdafiə şöbəsinin rəhbəridir.

İkinci iş yeri Vizual/Mobil redaktə

2012 – 2014-cü illərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifəsini icra edib.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

2017-ci ildən AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır.

2020-ci ildən “Kiş Tarix Memarlıq Qoruğu”nun elmi şurasının üzvüdür.

2014 – 2023-ci illərdə bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda çalışdığı müəssisəni təmsil edib.

Elmi jurnallarda və konfrans materiallarında 19 elmi məqaləsi dərc olunub. “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri” kitabının həmmüəlliflərindən biridir.

Jurnalistlik fəaliyyəti Vizual/Mobil redaktə

2015-ci ildən “Mədəniyyət qalası” qəzetinin baş redaktoru olub.

2020-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

1985 – 1990-cı illərdə Şəki rayonlararası “Aqrarsənayetikinti” trestində işləyərkən, müxtəlif vaxtlarda xalq nəzarəti qrupunun sədri və ilk partiya təşkilatının katibi olmuşdur.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA Şəki Regional Elmi Mərkəzi Ərazi İlk Partiya təşkilatının sədr müavinidir.

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, üç oğlu var və hamısı da ali təhsillidir. 2020-ci il Vətən müharibəsində ortancıl oğlu – mayor Neymət Rəhimov peşəkar hərbçi kimi, böyük və kiçik oğulları Ruslan və Rəsul Rəhimovlar isə rəsmi mətbuat nümayəndəsi kimi iştirak ediblər.

Həyat yoldaşı orta ixtisas təhsilli səhiyyə işçisidir.