Zərinə Cavadova

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:58, 9 may 2024 tarixli dəyişiklik

Zərinə Cavadova (1960–2024) — tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

Zərinə Cavadova
Cavadova Zərinə Ələkbər qızı
Zərinə Cavadova
Zərinə Cavadova (2019).
Doğum tarixi 15 sentyabr 1960(1960-09-15)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 sentyabr 1960 (-64 yaşında)
Vəfat yeri Şəki
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Şəki Şəhər icra hakimiyyəti (icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri)
Elmi dərəcəsi tarix elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1981–1986)

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, aspirantura (1995–)
Elmi rəhbəri Yaqub Mahmudov

Haqqında məlumatlar

15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim,

1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,

2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

Elmi fəaliyyəti

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Vəfatı

9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cavadova Zərinə // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 64-65. — 600 nüsx. — ISBN 5-8066-1708-4.