Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Zaman bəy Şeyxəlibəyov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 64: Sətir 64:
 
23 aprel 1904-cü il tarixdə – Daşkənddə, 65 yaşında vəfat edib{{Sfnaz|Tahirzade A.|2016, Aralıq |p=|loc=}}.
 
23 aprel 1904-cü il tarixdə – Daşkənddə, 65 yaşında vəfat edib{{Sfnaz|Tahirzade A.|2016, Aralıq |p=|loc=}}.
  
Oğlu [[İbrahim bəy Şixəlibəyov]] rus ordusunun poruçiki idi, Birinci Dünya müharibəsində – 25 (12) iyul 1915-ci il tarixdə, döyüşdə yaralanmış və həmin yaradan da vəfat etmişdir{{Sfnru|«Русское слово»|12 июль 1915|p=|loc=}}<ref name=Q5 group=qeyd/>.
+
Oğlu [[İbrahim bəy Şixəlibəyov]] rus ordusunun poruçiki olub, Birinci Dünya müharibəsində – 25 (12) iyul 1915-ci il tarixdə, döyüşdə yaralanmış və həmin yaradan da vəfat etmişdir{{Sfnru|«Русское слово»|12 июль 1915|p=|loc=}}<ref name=Q5 group=qeyd/>.
  
 
==Digər==
 
==Digər==

03:21, 1 yanvar 2021 versiyası

Zaman bəy Şixəlibəyov
Şeyxəlibəyov Zaman bəy Şeyxəli bəy oğlu
Zaman bəy Şixəlibəyov
Zaman bəy Şixəlibəyov.
Doğum tarixi 26 oktyabr 1838(1838-10-26)
Doğum yeri Nuxa, Şəki əyaləti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 aprel 1904 (65 yaşında)
Vəfat yeri Daşkənd, Türkistan ölkəsi, Flag of Russia.svg Rusiya İmperiyası
Uşaqları İsa bəy (1856 – ?), Hacıağa bəy (1859 – ?)

Zaman bəy Şixəlibəyov (rus.: Заманбек Шихалибеков) (1838 – 1904) — Rusiya İmperiyasında dövlət müşaviri(ru) (rus.: статский советник)[qeyd 1], tərcüməçi və diplomat; müxtəlif illərdə dörd dövlətə xidmət etmişdir – gənc yaşlarında Rusiya İmperiyasında quberniya katibi olmuş, sonra Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türkistana göndərilənlər arasında yer almış, daha sonra Yeddişəhər(az) əmirinin nümayəndəsi kimi ruslarla danışıqlarda iştirak etmiş və nəhayət, 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında Türkistan general-qubernatorun dəftərxanasında tərcüməçi vəzifəsində çalışmış, həmçinin, rəsmi səfərlərdə Buxara əmirini müşayiət etmişdir.

Haqqında məlumatlar

26 oktyabr 1838-ci il tarixdə Nuxada anadan olub[1].

1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda adı 35-ci sırada, vəfat etmiş praporşik Şeyxəli bəy Hacı bəy oğlunun böyük oğlu – 22 yaşlı quberniya katibi kimi qeyd olunub. Həmin sənəddə Zaman bəyin özünün 4 yaşlı İsa bəy və 1 yaşlı Hacıağa bəy adlı oğullarının, həmçinin, 20 yaşlı Bala bəy, 16 yaşlı Mehdi bəy, 10 yaşlı İbrahim bəy və 8 yaşlı Məhəmməd bəy adlı qardaşlarının da olduğu göstərilib[2][qeyd 2].

1860-cı ildən sonra Zaman bəy çox gənc ikən xeyli qafqazlının içərisində öz qardaşları ilə birlikdə Türkiyəyə mühacirət etmişdir[qeyd 3].

1873 – 1875 ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türkistana göndərilənlər arasında olmuş, 1875-ci ildə Kaşğara yetişmiş Osmanlı hərbi yardımını bütün yol boyu – İstanbuldan Kaşğaradək, müşayiət etmişdir[3].

1876-cı ilin dekabr ayı üçün Zaman bəyin adı Çindən müstəqilliyini elan etmiş Yeddişəhər (Kaşğar) dövlətinin əmiri Yaqub xanın(ru) etibarlı nümayəndəsi olaraq – “Zaman xan əfəndi” kimi çəkilir[4][qeyd 4].

1877-ci ilin ikinci yarısında Yaqub xanın öldürülməsindən və Yeddişəhər dövlətinin Çin tərəfindən tam işğal edilməsindən sonra Zaman bəy Daşkəndə getmiş və Türkistan general-qubernatorun dəftərxanasına işə götürülmüşdür[5].

1877 – 1878-ci illərdə Rusiya İmperiyasından Əfqanıstandakı diplomatik heyətində yer alıb[6].

Sağdan birinci Zaman bəy, mərkəzdə Buxara xanı, 1893-cü il, Moskva.

1882-сi ildə Rusiya imperatoru III Aleksandrın(ru) (h.o. 1881 – 1894) dəvəti ilə Peterburqa səfər edən və sonra isə öz ölkəsinə geri dönən Buxara xanı Seyid Əbdüləhəd xanı(ru) (h.o. 1885 – 1910) bütün yol boyu müşayiət etmiş şəxslərdən biri də Zaman bəy olub. Seyid Əbdüləhəd xan geri dönərkən – 19 fevral 1893-cü il tarixdə, Bakıdan keçmiş, gecələmək üçün Bakıda Zaman bəyin həmyerlisi olan Həsən bəy Nəbibəyovun evini seçmişdir[7].

1900-cü ilin iyun ayında isə Zaman bəy Minvodda bir aylıq istirahət edən Buxara xanı Seyid Əbdüləhəd xanı bütün istirahəti boyu müşayiət edib[8].

Zaman bəyə dövlət müşaviri (rus.: статский советник) – mülki məmur rütbəsi, verilmişdir, hansı ki həmin rütbə general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun gəlirdi.

1897-ci ildə isə Tunisin “Şöhrət” ordeni ilə təltif olunub[9].

Daşkənddə çıxan, özbək və qazax dillərində ilk qəzet olan “Türkistan vilayətinin qəzeti”ndə yazıları dərc olunub[10][qeyd 5].

1900-cü il noyabr ayının 18-də (5-də) öz xahişi ilə Türkistan general-qubernator dəftərxanasının baş tərcüməçisi vəzifəsindən azad olunub[11].

23 aprel 1904-cü il tarixdə – Daşkənddə, 65 yaşında vəfat edib[1].

Oğlu İbrahim bəy Şixəlibəyov rus ordusunun poruçiki olub, Birinci Dünya müharibəsində – 25 (12) iyul 1915-ci il tarixdə, döyüşdə yaralanmış və həmin yaradan da vəfat etmişdir[12][qeyd 6].

Digər

Tanınmış müğənni və aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Nüşabə Ələsgərli 2020-ci ilin əvvəllərində mediaya verdiyi müsahibəsində Zaman bəy Şixəlibəyovun nəslindən olduğunu iddia edib.

Qeydlər

  1. Rusiya İmperiyasında mülki rütbə; general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun gəlir.
  2. Lakin daha sonrakı rəsmi sənədlərdə Zaman bəyin atasının adı Şeyxəli kimi yox, “Hacı bəy” kimi, bir sənəddə isə “Hacı xan” (Генеалогическое общество Алматы,) kimi göstərilir. Şəki əyalətinin 1824-cü il kameral siyahıyaalınmasında – bəylərin siyahısında, Hacı bəy Hacı Rəsul bəy oğlu qeydə alınıb (Камералное описание, 1824) ki, bu Hacı Rəsul bəy isə çox güman ki, Hacı Çələbi xanın əmisi oğlu Şeyxəlinin oğludur. Belədirsə, deməli, Zaman bəy də Hacı Çələbi xanın əmisi oğlu Hacı Şeyxəlinin nəslindəndir.
  3. Q.P.Fyodorov yazır ki,
    " Уроженец Нухи, Заманбек во время турецкой войны 1876 года, будучи совсем юным, эмигрировал в числе очень многих кавказцев в Турцию. Возвратиться обратно он боялся, ожидая репрессий русских властей, и остался в Константинополе со своими братьями... Султан... в числе четырех-пяти человек, отправленных в Кашгар, был и Заманбек (Фёдоров Г.П. (XXI),, с. 874). "

    Lakin Zaman bəyin 1876-cı ildə Türkiyəyə mühacirət etməsi doğru görünmür. Çünki, o, 1875-ci ildə artıq Kaşğarda idi. Bundan başqa, Türkiyə-Rusiya müharibəsi də 1876-cı ildə başlamamışdı, 1877-ci ildə başlayıb.

  4. Rus səyyahı Nikolay Prjevalski(ru) (1839 – 1888) 1877-ci ildə Şərqi Türkistandakı Robnor gölü istiqamətində səyahətə başlayarkən ilk dəfə 13 – 16 (1 – 4) may tarixləri arasında Yaqub xanın nümayəndəsi olan Zaman bəylə qarşılaşıb (Пржевальский Н.М., 1947, с. 5). Zəkəriyyə Əlizadənin məqaləsində isə göstərilir ki, 8 iyun 1872-ci il tarixdə Zaman bəy Yeddişəhər dövləti ilə Rusiya İmperiyası arasında bağlanmış 5 bəndlik ticarət sazişinin hazırlanmasında və ruslarla danışıqlarda iştirak etmişdir (Əlizadə Z., 7 iyun 2014, s. 24 – 25). Əgər 1872-ci il tarixi doğrudursa, onda, deməli, Zaman bəy 1872-ci ilədək Türkiyədən Kaşğara gəlib? Ola bilər ki, söhbət 1872-ci ildən yox, əslində 1877-ci ilin əvvəllərindən gedir. Belə ki, 1876-cı ilin sonu, 1877-ci ilin əvvəllərində Rusiya İmperiyası ilə Yeddişəhər dövləti arasında danışıqlar aparılmış, Zaman bəy də danışıqlarda Yeddişəhər dövlətini təmsil etmişdir (Куропаткин А.Н., 1879, с. 10 – 13).
  5. Türkistan general-qubernatorluğu dəftərxanasının rusca rəsmi “Turkestanskiye vedomosti” rus.: «Туркестанские ведомости» qəzetinə əlavə olaraq 28 aprel 1870-ci il tarixdən Daşkənddə nəşrə başlayıb və həftədə iki dəfə qazax, iki dəfə isə özbək dilində çap olunurdu (Assanova B.S., 2018, с. 10).
  6. 1.) 1860-cı ildə tərtib edilmiş 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda Zaman bəyin 10 yaşlı İbrahim bəy adlı qardaşının da olduğu göstərilib.
    2.) Eyni tarixdə Nuxadan olan kornet Məhəmməd Nəbibəyov da ağır yaralanmışdır və Kiyev xəstəxanasında müalicə olunurdu («Русское слово», 12 июль 1915).

İstinadlar

Ədəbiyyat

  1. Tahirzade A. Sultan Abdulaziz'in Doğu Türkistan-Kaşğar Hanliği'na gönderdigi subay (türk.) // Türkçe Tarih : dergi. — 2016, Aralıq.
  2. Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı = Список беков и чиновников мусулманского вероисповедения гор. Нухи. — Azərbaycan Respublikası Dövlət Tarix arxivi, fond 10, op. 1, s/v 79, 1860.
  3. Генеалогическое общество Алматы. "Служащие (чиновники) Семиреченской области". https://genealogiya.kz/ (русский). Генеалогическое общество Алматы. 20 Oct 2020 tarixində arxivləşdirilib.
  4. Составленоно капитаном Харченновым и поручиком Скоржинским Камералное описание жителей города Нухи и Шекинской провинции. — Dövlət Tarix Arxivi, fond 24; Опис №1, № 162,, 1824.
  5. Фёдоров Г.П. (XXI). "Моя служба в Туркестанском крае (1870 – 1910 года)/Часть двадцать первая". https://mytashkent.uz/ (русский). mytashkent.uz. 13 Sep 2016 – 23 Oct 2020 tarixində arxivləşdirilib. (#redundant_parameters)
  6. Əlizadə Z. Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov (azərb.) // 525-ci qəzet : qəzet. — 7 iyun 2014. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 dekabr 2020.
  7. Куропаткин А.Н. Кашгария. Историко-географический очерк страны, ее военные силы, промышленность и торговля. — 1879 Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 May 2017 - 6 Aug 2020.
  8. Пржевальский Н.М. От Кульджи за Тянь-Шань и на Лоб-Нор / под ред. и со вступительной статьей Э.М. Мурзаева. — Москва: ОГИЗ Государственное издательство географической литературы, 1947.
  9. Сведения об убитых и раненых в ПМВ офицерах... (rus.) // Русское слово : газета. — 12 июль 1915. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 May 2019 - 6 Jun 2020.
  10. Офицеры РИА (1900). "Высочайшие приказы, текстовая версия, 1900, ноябрь". https://www.ria1914.info/ (русский). Офицеры русской императорской армии. 21 Apr 2019 - 30 Dec 2019 tarixində arxivləşdirilib.
  11. Наш Баку. "Визиты эмира бухарского Сеид Абдул-Ахат Бухадур-хана в Баку (1892, 1893г.г.)". https://www.ourbaku.com/ (русский). 21 Oct 2020 tarixində arxivləşdirilib.
  12. Абдирашидов Д. Аннотированная библиография туркестанских материалов в газете «Таржумāн» (1883 – 1917) // CERS : jurnal. — 2011. — № 5. — ISBN 978-4-904039-29-08. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
  13. Assanova B.S. Қазақ мерзімді баспасөзінің қалыптасуы мен дамуының мерзімді басылымдардың рөлі (kaz) // Хабаршы Вестник Bulletin («tарих және саяси-әлеуметтік ғылымдар» сериясы) / Абай атындағы Қазақ ұлттық педагогикалық университеті. — Алматы, 2018. — № 2(57). — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
  14. Teymurqızı T. (16/04/20). "Vətən mənim içimdədir". https://azadaz.com/ (azərb.). Azadaz.com. 26 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə