Ziyafət Xasıyeva
Ziyafət Xasıyeva | |
---|---|
Xasıyeva Ziyafət Mustafa qızı | |
Ziyafət Xasıyeva. | |
Anadan olub | 28 noyabr 1964 |
Anadan olduğu yer | Baş Göynük, Vartaşen (indiki Şəki və Oğuz) rayonu[qeyd 1], Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Babək Xasıyev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1982–1987) |
Adının digər versiyaları | Ziyafet Xasiyeva, Зияфет Хасыева, Зијафәт Хасыјева |
facebook səhifəsi |
Ziyafət Xasıyeva — tanınmış pedaqoq, həmkarlar təşkilatı işçisi və rəhbər kadr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 noyabr 1964-cü il tarixdə Vartaşen (indiki Şəki və Oğuz) rayonunun[qeyd 1] Baş Göynük kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1972 – 1982-ci illərdə Baş Göynük kənd orta məktəbində,
1982 – 1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1987 – 1992-ci illərdə Qax rayon Turaclı kənd orta məktəbində müəllim,
1992 – 1996-cı illərdə Qax şəhər 5 nömrəli orta məktəbində müəllim,
1996 – 2004-cü illərdə Qax rayon Təhsil Şöbəsində metodist,
2004 – 2011-ci illərdə Qax rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini,
2011-ci ilin dekabr ayının 12-dən Şəki rayon Çeşməli kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.
2016-ci ilin yanvar ayının 15-dən ATİAHİ Şəki Rayon Komitəsinin sədridir.
İctimai aktivliyi[redaktə | HTML redaktə]
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məclis üzvüdür.
- Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məclis və heyət üzvüdür.
- Şəkidə əhalinin məşğulluğuna kömək göstərən komissiyasının üzvüdür.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, iki övladı var.
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 1962-ci ildə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |