Şablon:Bilirsinizmi?
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:29, 7 aprel 2022 tarixli dəyişiklik
- 6 aprel 2022-ci il tarixdə “Lipetsksement” ASC-nin (Rusiya Federasiyası) baş direktoru Elvin Məmmədov Moskvadan Lipetskə getmək istəyərkən dəmir yol vağzalında qəflətən ürək tutmasından 37 yaşında vəfat edib. Mediada onun Şəkidə dəfn ediləcəyi ilə bağlı məlumat yayılıb.
- 7 mart 2022-ci il tarixdə Şəki şəhər bələdiyyəsinin üzvü, sabiq sədr müavini və sabiq sədri Gülnaz Salamova Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib.
- 4 mart 2022-ci il tarixdə tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi Albert Mustafayev 91 yaşında Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.
- 27 yanvar 2022-ci il tarixdə Tərlan Nəsibov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təsdiqlənib.
- 24 yanvar 2022-ci il tarixdə Ləman Cəlilova dünyanın ən presektivli texniki təhsil müəssisələrindən birinə — Massaçusets Texnologiya İnstitutuna (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ), tam təqaüdlə qəbul olunması ilə bağlı e-bildiriş alıb.
- 3 – 9 yanvar 2022-ci il tarixləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı Şahmat Məktəbində keçirilmiş “Happy New Year” şahmat turnirində Şəki Şəhər Şahmat Məktəbinin nümayəndəsi İslam Hacəliyev U14 yaş kateqoriyası üzrə 8 xal toplayaraq 1-ci yeri tutub.
- 1 yanvar 2022-ci il tarixdən etibarən Rəna Abbasova Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri vəzifəsində işləməyə başlayıb. O, 2016–2021-cı illərdə Bruklin (Nyu-York, ABŞ) bələdiyyəsi başçısının müşaviri olmuşdur.
- 30 noyabr 2021-ci il tarixdə Qaraheybət Aviasiya Poliqonu üzərində həyata keçirilən helikopterlə təlim uçuşları zamanı baş vermiş qəzada həlak olmuş 14 hərbçidən biri — Elçin Nəbiyev, əslən Şəki rayonunun Baş Göynük kəndindən, digəri — Ceyhun Əhmədxanov isə əslən Şəki rayonunun Qumux kəndindəndir. O cümlədən, bu qəzada yaralanmış 2 hərbçidən biri — Ramin Ədilov, əslən Şəki rayonunun Baş Göynük kəndindəndir.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |