Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Lenin bayrağı (qəzet, Nuxa)

Şəki Ensiklopediyası səhifəsi
(“Lenin bayrağı” qəzeti səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Picto infobox newspaper.png
Lenin bayrağı
Lenin bayrağı qəzetinin 1-ci sayı.jpg
Lenin bayrağı qəzetinin 1-ci sayı, 1-ci səhifə.
Format 1 çap vərəqi (A1)
Təsisçilər Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti
( 8 may 1962-ci il tarixi 1-ci say və 20 yanvar 1965-ci il tarixli 458 sayından 39 iyun 1965-ci il tarixli sonuncu -525-ci sayınadək)
Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa rayonlararası qəzeti
(10 may 1962-ci il tarixli 2-ci sayından, 15 mart 1963-cü il tarixdə çap edilmiş 174-cü sayınadək)
Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı
(17 mart 1963-cü il tarixli 175-ci sayından, 17 yanvar 1965-ci il tarixli 457-ci sayınadək))
Redaktor Məhyəddin Abbasov
Yaranma tarixi 8.05.1962 (1-ci sayı çap olunmuşdur)
Dil azərbaycanca
Nəşrini dayandırıb 30.06.1965
Qiymət 2 qəpik
Səhifə 4
Ünvanı Nuxa, Şəki küçəsi 38

Lenin bayrağı — 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Nuxa şəhərində nəşr olunmuş qəzet.

Tarixi[redaktə | HTML redaktə]

“Nuxa fəhləsi” qəzeti redaksiyası bazasında yeni bir qəzet kimi fəaliyyyətə başlamış, ilk nömrəsi 8 may 1962-ci il tarixdə işıq üzü görmüşdür. Çap olunduğu dövr ərzində “Nuxa fəhləsi” çap edilməmişdir. Amma əgər “Nuxa fəhləsi” Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanıydısa (6 may 1962-ci il), “Lenin bayrağı” Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti olmaqla[1], Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi nəşrə başlamışdı. “Nuxa fəhləsi”nin həftədə 3 sayı çap olunmuşdusa (1961), “Lenin bayrağı” əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi[2]. “Nuxa fəhləsi” kimi, “Lenin bayrağı”nın da redaktoru Məhyəddin Abbasov idi. O cümlədən, nəşri dayanmış “Nuxa fəhləsi” qəzetinin digər ştatlı əməkdaşları da “Lenin bayrağı” qəzetinin redaksiyasında əmək fəaliyyətlərini davam etdirirdilər. “Lenin bayrağı” qəzeti nəşrə başladıqdan 7-8 ay sonra, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Nuxa rayonunun ərazisi, Nuxa şəhəri istisna olmaqla, Vartaşen rayonuna birləşdirildi. 2 il sonra isə Nuxa rayonu, əvvəlki hüdudlarında yenidən bərpa edildi. Bu iki il müddətində “Lenin bayrağı” qəzetinin redaksiya ofisi əvvəlki kimi yenə də Nuxa şəhərində yerləşmişdi və qəzet yalnız Nuxa mətbəəsində çap olunmuşdu. Sadəcə, “Lenin bayrağı” 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. “Lenin bayrağı” qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, bu qəzet bir daha çap edilmədi. Əvəzində, 2 iyul 1965-ci il tarixdə “Nuxa fəhləsi”nin nəşri bərpa edildi[3]. Bundan sonra “Vartaşen kolxozçusu” qəzeti “Lenin bayrağı” adlandı[4] və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu.

Qeydlər və istinadlar[redaktə | HTML redaktə]

  1. Qəzetin 10 may 1962-ci il tarixli 2-ci sayından, 15 mart 1963-cü il tarixdə çap edilmiş 174-cü sayınadək, başlığının altında "Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa rayonlararası qəzeti" olması qeyd edilirdisə, 17 mart 1963-cü il tarixli 175-ci sayından, 17 yanvar 1965-ci il tarixli 457-ci sayınadək, başlığının altında "Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı" olması, bundan sonra – 20 yanvar 1965-ci il rarixli 458 sayından etibarən isə qəzetin yenə də lap əvvəlki kimi, Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti olması göstərilir.
  2. 1964-cü ildə “Lenin bayrağı” qəzetinin həftədə 3 sayı − il ərzində isə 152 sayı (1963-cü il ərzində 162 sayı) çap olunmuşdu.
  3. “Nuxa fəhləsi” qəzetinin 6277/53-cü sayı 6 may 1962-ci il tarixdə, 6802/1-ci sayı isə 6 may 1962-ci il tarixdə çap olunmuşdur. Deməli, 2 iyul 1965-ci il tarixdə “Nuxa fəhləsi”nin nəşri bərpa edilərkən, qəzetin çıxmadığı dövrlərdə Nuxada nəşr olunan “Lenin bayrağı” qəzetinin 525 sayı da “Nuxa fəhləsi” qəzetinin say hesabına əlavə edilmişdir.
  4. ASE, 1978, s. 411.

Əbəbiyyat[redaktə | HTML redaktə]

  1. “Lenin bayrağı” və “Nuxa fəhləsi” qəzetlərinin 1961-1965-ci ildə çap edilmiş nüsxələrinin komplektləri (Salis Məmmədovun şəxsi arxivindən);
  2. Vartaşen rayonu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1978. — II  cild. — Səhifələrin sayı:  638. — Səh.: 411. — 80.000 nüsx..