Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

MediaWiki:Təltif/"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalının lenti.png "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Status Təqdim olunmur
Statistika
Parametrlər 95 mm 40 mm
Təsis tarixi 22 oktyabr 2019

"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı - Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.[1]

"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir.

Təltif edilən şəxslər

"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Təltif edən orqan

"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təltif edilir.[1]

Taxılma qaydası

"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Medalın təsviri

Medalın ümumi təsviri

"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır.
  • Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "BAKI DÖVLƏT UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1919-2019" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır. "1919-2019" sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir.
  • Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində relyefli "BDU" sözü, aşağı hissəsinə "100" rəqəmləri həkk edilmişdir.
  • Səkkizguşəli ulduz, çevrənin konturları, atom təsviri və kitab emblemi, sözlər və rəqəmlər, "BDU" loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir. İki çevrə arası tünd göy rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.

Medalın arxa tərəfi

  • Medalın arxa tərəfinin yuxarı hissəsində "BDU-100" sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunub.
  • Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilib.

Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 40 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilib.
  • Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1,68 mm enində tünd göy, 1,83 mm enində ağ, 15 mm enində tünd göy, 1,83 mm enində ağ, 5,27 mm enində qızılı və mərkəzdə eni 4,55 mm olan göy rəngli şaquli zolaqlar vardır.
  • Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən və atom təsvirindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 37 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilib.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilib.

Mənbə

İstinadlar

  1. 1,0 1,1 ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (azərb.). president.az. 01.11.2019.