MediaWiki:Təltif/Azərbaycan/"Diaspor fəaliyyətində xidmətə görə" medalı

Şəki Ensiklopediyası səhifəsi
("Diaspor fəaliyyətində xidmətə görə" medalı səhifəsindən yönləndirilmişdir)

Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 3 dekabr 2019
Ardıcıllıq
Daha yüksək mükafat "Diplomatik xidmətə verilən töhfəyə görə" medalı

Diaspor fəaliyyətində xidmətə görə – Azərbaycan Respublikasının medalı.

Təltif edilən şəxslər

"Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfələrə və Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə təltif edilirlər.

Təltif edən orqan

"Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının prezidenti təltif edir.

Taxılma qaydası

"Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medalın təsviri

Medalın ümumi təsviri

"Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Səkkizguşəli ulduzun üzərində konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhə üfüqi istiqamətdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun mina ilə örtülmüşdür.
  • Dairənin mərkəzində mina üzərində yer kürəsini əks etdirən meridian və paralellər təsvir olunmuşdur. Yer kürəsinin aşağı hissəsində dəfnə budağı həkk edilmişdir. Bütün elementlər relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi

  • Medalın arxa tərəfi hamar səthlidir.
  • Medalın arxa tərəfinin mərkəzində DİASPOR FƏALİYYƏTİNDƏ XİDMƏTƏ GÖRƏ sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Yazılar relyefli olaraq qabarıqdır.

Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, üzərinə 30 mm x 13 mm ölçülü xara lent çəkilmiş beşbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
  • Qızılı rəngli xara lentin mərkəzində 7 mm enində tünd qırmızı rəngli zolaq, mərkəzdən sol və sağ tərəflərə doğru mərkəzi qırmızı zolaqdan 1,5 mm aralı, hər birinin eni 2 mm olan iki tünd qırmızı rəngli zolaq təsvir edilmişdir. Beşbucaqlı lövhənin aşağı hissəsində qabarıq şəkildə aypara və səkkizguşəli ulduz həkk olunmuşdur.
  • Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 30 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

İstinadlar