Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İbrahim Mustafayev (ipəkçilik və toxuculuq sənayesi üzrə mütəxəssis)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İbrahim Mustafayev
Mustafayev İbrahim Nurməmməd oğlu
İbrahim Mustafayev.png
İbrahim Mustafayev, 2007-ci il.
bayraq“Xalq Üçün Mallar” Dövlət Konsernin İdarə Heyətinin sədrinin müavinibayraq
1991 — 1994
bayraqAzərbaycan SSR Yerli Sənaye nazirinin müavinibayraq
1977 — 1984
Şəxsi məlumatlar
Doğum tarixi 10 may 1938 (1938-05-10) (86 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Nuxa Toxuculuq Texnikumu (1957–1959)

Daşkənd Toxuculuq İnstitutu (1960–1965)
Təltifləri "Şərəf Nişanı" ordeni

İbrahim Mustafayev — ipəkçilik və toxuculuq sənayesi üzrə görkəmli mütəxəssis; müxtəlif vaxtlarda Azərbaycan SSR Yerli Sənaye nazirinin müavini, V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, “Xalq Üçün Mallar” Dövlət Konsernin İdarə Heyəti sədrinin müavini və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

10 may 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1945 – 1957-ci illərdə əvvəl M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində, sonra isə Nuxa şəhər 11 №-li orta məktəbində orta təhsil,

1957 – 1959-cu illərdə Nuxa Toxuculuq Texnikumunda texnik-texnoloq ixtisası üzrə, orta-ixtisas təhsili,

1960 – 1965-ci illərdə isə Daşkənd Toxuculuq İnstitutunda toxuculuq üzrə mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1959 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək kombinatında toxucu, baramaaçan, usta köməkçisi,

1965 – 1967-ci illərdə texnoloji istehsal sahəsində usta, baş mühəndisin müavini,

1967 – 1977-ci illərdə baş mühəndis,

1977 – 1984-cü illərdə Azərbaycan SSR Yerli Sənaye nazirinin müavini,

1984 – 1989-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru,

1989 – 1994-cü illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayev İbrahim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 296-297. — 600 nüsx. — ISBN 5-8066-1708-4.