İradə Quliyeva

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
İradə Quliyeva
Quluyeva İradə Gülməmməd qızı
İradə Quliyeva
İradə Quliyeva.
Təxəllüsü İradə Gülfir
Doğum tarixi 25 dekabr 1958(1958-12-25)
Doğum yeri Bideyiz, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfatı 20 mart 2021 (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Narlı qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ Azərbaycan
facebook səhifəsi

İradə Quliyeva (1958–2021) — tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional Şöbəsinin sədri və şöbənin Tədris İstehsalat Mərkəzinin direktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

25 dekabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində anadan olub.

Yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

“Zülmətdə çırpınan ürək”, “Nəğmə pıçıldayır dodağım mənim”, “Nənəmin əfsanəvi nağılları”, “Qəlb işığında”, “Könül dünyam”, “İşığa gedən yollar” və s. 11 şeir və rübailər kitabının, çoxlu sayda şeirlərin, 45 poemanın müəllifidir. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir nominasiyası üzrə müsabiqənin laureatı - 1-ci dərəcəli diplomçudur.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

20 mart 2021-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. 21 mart tarixində Şəki şəhərindəki Narlı qəbiristanlığında, oğlunun məzarı yanında dəfn olunub.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Evli idi, bir qızı, üç nəvəsi var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Orsər R. İradə Gülfir // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 631-635. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. "İradə GÜLFİR (1958): "Gülfir deyir zirvələrə yetəcəm, Bu yoxuşun sonunacan gedəcəm..."". zim.az (azərb.). DECEMBER 9, 2019 tarixində arxivləşdirilib.