İtuçan şəlaləsi
Jump to navigation
Jump to search
şəlalə | |||||
İtuçan şəlaləsi
| |||||
İtuçan şəlaləsi. | |||||
Ölkə | Azərbaycan | ||||
Hündürlük | 14 m | ||||
| |||||
Koordinatlar | 41°23′0″N 47°9′17″E / 41.38333°N 47.15472°E 41°23′0″N 47°9′17″E / 41.38333°N 47.15472°E |
İtuçan şəlaləsi — Şəki rayonunun Şin kəndi yaxınlığında, Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr yüksəklikdə yerləşən və 14 m hündürlüyü olan qayadan tökülən şəlalə.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
2023-cü ilin avqust ayında AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınmışdır.
Şəlalənin yerli əhali tərəfindən “İtuçan” adlandırılmasının səbəbi isə deyilənlərə görə, həmin şəlalənin töküldüyü yerdən nə vaxtsa bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Şəkidə yeni şəlalə qeydə alınıb : [arx. 06.03.2024] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2024. — 28 fevral. — Müraciət tarixi: 06.03.2024.
Həmçinin bax[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |