Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:15 aprel

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Kazım Məmmədov

15 aprel

  • Şəki şəhərinin sabiq meri Kazım Məmmədov 15 aprel 1951-ci il tarixdə Nuxada (indki Şəki) anadan olub. O, 1989 – 1993-cü illərdə Şəki Şəhər Xalq Deputatları Sovetinin sədri, 1991 – 1995-ci illərdə Şəki Şəhər Sovetinin sədri vəzifəsində çalışmış, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Şəkil: Kazım Məmmədov, 2010-cu il.



Rəna Dadaşova

15 aprel

  • Fizika-riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin dosenti Rəna Dadaşova 15 aprel 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Rəna Dadaşova, 2020-ci il.



Rəsul Ələkbərov

15 aprel

  • Tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor, AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun laboratoriya müdiri Rəsul Ələkbərov (1928–2000) 15 aprel 1928-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, bir müddət Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində də çalışmışdır. Elmi kadrların hazırlanmasında xidməti var.

Şəkil: Rəsul Ələkbərov.



Taleh Səlimli

15 aprel

  • Peşəkar rəssam və memar-dizayner Taleh Səlimli 15 aprel 1971-ci il tarixdə Bakıda anadan olub.

Şəkil: Taleh Səlimli.



İbrahim Mustafayev

15 aprel

  • Sovet Ordusunun Böyük Vətən müharibəsində həlak olmuş qvardiya mayoru İbrahim Mustafayev (1909–1944) 15 aprel 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: İbrahim Mustafayev.



Rövzət Dəmirçizadə

15 aprel

  • 8 şeir kitabı çap olunmuş şair Rövzət Dəmirçizadə (1939–2010) 15 aprel 2010-cu il tarixdə – 71 yaşında, Bakıda vəfat edib. O, 20 yaşında olarkən bədbəxt hadisə nəticəsində ömürlük şikəst olmuş və bundan sonra ancaq əlil arabası ilə hərəkət etmişdir. Məşhur dilçi alim, akademik Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu və oğulluğudur.

Şəkil: Rövzət Dəmirçizadə.



Telman Həmidov

15 aprel

  • Texnika elmləri namizədi, dosent Telman Həmidov (1940–1995) 15 aprel 1995-ci il tarixdə – 55 yaşında, avtomobil qəzasında faciəli şəkildə həlak olub. O, 1963-cü ildən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1982 – 1986-cı illərdə isə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda dərs demişdir.

Şəkil: Telman Həmidov.







<<əvvəlki gün 15 aprel sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)