Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:17 iyul

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Hikmət Əbdülhəlimov

Ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Əbdülhəlimov 17 iyul 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, sovet dövründə Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və digər bir sıra məsul partiya və dövlət vəzifələrində işləmişdir.

Şəkil: Hikmət Əbdülhəlimov.



Xəyal Vəlibəyov

AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji biofizika şöbəsinin elmi işçisi Xəyal Vəlibəyov 17 iyul 1982-ci il tarixdə Bakıda anadan olub. O, 2024-cü ildə görkəmli dövlət xadimi Nazim Hacıyevin (1924–1962) 100 illik yubileyi münasibəti ilə Şəkidə təşkil edilmiş xatirə gecəsinin təşəbbüskarı və sponsoru olub.

Şəkil: Xəyal Vəlibəyov.



Ziya Əkbərov

Sovet dövrünün son onilliklərində 5 çağırış (15–20-ci çağırışlar) Şəki şəhər sovetinin sədri seçilmiş Ziya Əkbərov (1933–2006) 17 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Ziya Əkbərov.



Ənvər Həmidov

Tanınmış həkim-travmataloq, tibb elmləri namizədi Ənvər Həmidov (1937–2014) 17 iyul 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.

Şəkil: Ənvər Həmidov.



Şahid Əbdülkərimov

Tanınmış mədəniyyət işçisi, həvəskar bəstəkar, xor dirijoru, aktyor, müğənni və tarzən Şahid Əbdülkərimov (1938–2003) 17 iyul 2003-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. O, “Hanı bəs vəfan sənin”, “Təki sən səslə məni” və s. bu kimi bir sıra məşhur mahnıların musiqilərini bəstələmişdir.

Şəkil: Hikmət Əbdülhəlimov.



<<əvvəlki gün 17 iyul sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)