Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
20 mart
Tanınmış həkim-cərrah, tibb elmləri namizədi, Bakı şəhər 4 №-li Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin müdiriu Nurəhməd Əfəndiyev (1920–1995) 20 mart 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Nurəhməd Əfəndiyev.
20 mart
Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın, ilk və sabiq direktoru Pərviz Abbasov 20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub. O, 2021-ci ildə korrupsiyada şübhəli bilinərək həbs edilmiş və 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdur.
Şəkil: Pərviz Abbasov.
20 mart
Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Ətraf Qənimətov (1997–2020) 20 mart 1997-ci il tarixdə Şəki rayonundakı Dəmir yol köçkünlər qəsəbəsində anadan olub.
Şəkil: Ətraf Qənimətov.
20 mart
Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional Şöbəsinin sədri və şöbənin Tədris İstehsalat Mərkəzinin direktoru İradə Quliyeva (1958–2021) 20 mart 2021-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. 21 mart tarixində Şəki şəhərindəki Narlı qəbiristanlığında, oğlunun məzarı yanında dəfn edilib.
Şəkil: İradə Quliyeva.
20 mart
Tanınmış həkim-travmataloq, tibb elmləri namizədi Ənvər Həmidov (1937–2014) 20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. O, 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987–2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.
Xülasə sayı:5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)