Şablon:5 aprel
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
![]() Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, XX əsr Azərbaycan ədəbiyyatının “60-cı illər nəsli”nə mənsub şairlərdən biri, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin sədri, AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri Arif Abdullazadə (1940–2002) 5 aprel 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
![]() Kimya elmləri namizədi, dosent, AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi Ceyhun Həmidova 5 aprel 1955-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.
|
|
![]() Tanınmış teatr və kino rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli 5 aprel 1963-cü il tarixdə Şamaxı rayonunun (hal-hazırda Hacıqabul rayonunun) Qubalı (Qubalıbaloğlan) kəndində anadan olub.
|
![]() Tanınmış bank işçısı, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü və Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov 5 aprel 1987-ci il tarixdə Şəkidə anadan olub.
|
|
![]() Vaxtilə, Şəkidə iti hafizəsinə, dünyagörüşünə və savadına görə “yeriyən canlı ensiklopediya” adlanmış Baxşəli Axundov (1898–1985) 5 aprel 1985-ci il tarixdə – 87 yaşında, Şəkidə vəfat edib.
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)