Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:Yeni məqalələrdən...

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında seçilmiş dörd yeni yoxlanılmış məqalənin generasiyası üçündür; seçilmiş dörd yeni yoxlanılmış məqalənin xülasəsinin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Ceyhun Əhmədxanov.

Ceyhun Əhmədxanov (1988–2021) — tibb xidməti kapitanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı; 2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vurub. 30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş...


Əhmədbəy Tahirov.

Əhmədbəy Tahirov (1866–1958) — tanımış tarzən-pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, hazırkı Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin yaradıcılarından biri və ilk direktoru. 1887-ci ildə Nuxada (indiki Şəki) anadan olub. Bəy nəslindən olmamışdır. Atası Mahmud dərzi idi. 1934–1940-cı illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının xalq çalğı alətləri orkestrinin tərkibində ifaçılıq edib. Eyni zamanda o, Nuxa Pedaqoji Texnikumunda uzun illər musiqi müəllimi işləyib...


Elçin Nəbiyev.

Elçin Nəbiyev (1967–2021) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı. Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndindən, anası Bahar isə Gəncədən idi. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışdılar. Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə...


Eldar Əfəndiyev.

Eldar Əfəndiyev — Estoniya Respublikasının sabiq milli münasibətlər və məskunlaşma naziri, Narva şəhərinin (Estoniya) sabiq meri, Narva Pəhklimə Gimnaziyasının tarix müəllimi. 1997-ci ildə Estoniyada aparıcı partiyalardan biri olan Mərkəzçilərə üzv olub. Eyni zamanda, həmin illərdə İda-Virumaa vilayətinin yerli özünüidarəetmə birliyinin sədr müavini vəzifəsində işləyib. Narva şəhər şurasının müşaviri (1996–1999), Estoniya parlamentinin X və XI çağırışlarının deputatı...