Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şahin Aydəmir

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Şahin Aydəmir
Aydəmirov Şahin Balı oğlu
Şahin Aydəmir
Şahin Aydəmir.

Şahin Aydəmir — tanınmış jurnalist, publisist və yazıçı. 30-dan çox kitabın müəllifi, bir neçə kitabın həmmüəllifidir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

31 yanvar 1966-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1983-cü ildə Baş Göynük kənd 2 №-li məktəbini,

1992-ci ildə S.M.Kirov adına Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1992 – 1994-cü illərdə “Doğru yol” qəzetində şöbə müdiri,

1994 – 1996-cı illərdə “Arı” satirik qəzetinin redaktoru,

1997 – 2000-ci illərdə “Gülüstan” qəzetinin baş redaktoru,

2000 – 2004-cü illərdə “Demokratiya” qəzetinin redaktoru,

2004 – 2005-ci illərdə “Vətənpərvərlər” qəzetinin redaktoru,

2005 – 2006-cı illərdə “Xarı Bülbül” jurnalının baş redaktoru,

2006 – 2007-cı illərdə “Müstəqil Hüquqşünas” qəzetinin baş redaktoru,

2007 – 2011-ci illərdə “Azad hüquqşünas” qəzetinin redaktoru,

2011-ci ildən isə “Korrupsiya və Dövlətçilik” qəzetinin baş redaktoru olub.

Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Əsrin fədailəri (1988);
  • Üzü bəri baxan dağlar (2006);
  • Tikdi ki, izi qalsın (2007);
  • Kimlər gəldi, kinlər getdi bu dünyadan (1 с. 2006, II с. 2007);
  • Heyf səndən, ay Laçın (2008);
  • XX əsrin elitar qadınları (2008);
  • Mübarizə (2010);
  • Göynük və göynüklülər (2008);
  • Qəriblikdə yaşanan illər” (2011);
  • 100 Böyük şəkili (2012);
  • Mübariz insan (həmmüəllif: 2016);
  • Mənalı ömür (həmmüəllif, 2017);
  • Göynük qartalları İkinci Qarabağ müharibəsində (həmmüəllif, 2021).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Orsər R. Şahin Aydəmir // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 716-720. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş[HTML redaktə]

...