Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Əbdüləli Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əbdüləli Hacıyev
Hacıyev Əbdüləli Məmməd oğlu
Əbdüləli Hacıyev
Əbdüləli Hacıyev.
Doğum tarixi 29 sentyabr 1920(1920-09-29)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan İŞC
Vəfat tarixi 26 fevral 1998 (77 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki
Uşaqları Afil və Gülşah
Atası Məhəmməd Hacı Əbdüləlim oğlu
Anası Gülşah Lətif qızı Bağbanlı
Həyat yoldaşı Solmaz
Təhsili Azərbaycan Sənaye İnstitutu (1938–1941; 1946–1948)
Hərbi fəaliyyəti
Rütbə mühəndis-polkovnik
Təltifləri “Azərbaycan SSR əməkdar rabitəçisi” fəxri adı — 1977

Əbdüləli Hacıyev (1920–1998) — əməkdar rabitəçi, mühəndis-polkovnik. Uzun müddət Azərbaycan SSR DTK-nın hökumət rabitəsi şöbəsinə rəhbərlik etmişdir.

Haqqında məlumatlar

29 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.

Təhsili

M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.

1938 – 1941 və 1946 – 1948-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

Hərbçi və əmək fəaliyyəti

1941-ci ilin avqust ayında Bakı şəhər Dzerjinski Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən müharibəsində iştirak edib və yaralanıb.

2 iyul 1946-cı il tarixdə ordudan tərxis edilib.

1948 – 1952-ci illərdə “Azenerji”də baş mühəndis vəzifəsində çalışıb.

1952-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə xidmətə götürülüb.

1959 – 1987-ci illərdə Azərbaycan SSR DTK-nın hökumət rabitəsi şöbəsinə rəhbərlik edib.

Təltif və mükafatları

Orden, medal, diplom və fəxri fərmanlarla təltif olunub.

“Azərbaycan SSR Əməkdar rabitəçisi” fəxri adı (1977).

Vəfatı

26 fevral 1998-ci il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Şəkidə Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Гаджиев Абдулали Мамед-оглы : [arx. 16.11.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.11.2023.
  2. Məmmədov Ə., Xalıqov F. Hacıyev Əbdüləli // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 158. — 600 nüsx. — ISBN 5-8066-1708-4.