Ələşrəf İsmayılov
Ələşrəf İsmayılov | |
---|---|
İsmayılov (Kərimov) Ələşrəf İsmayıl oğlu | |
Ələşrəf İsmayılov. | |
Doğum tarixi | 24 iyul 1888 | (Yuli təqvimi ilə 12 iyul)
Doğum yeri |
Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, ![]() |
Vəfat tarixi | 1963 | (75 yaşında)
Vəfat yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() |
Atası | İsmayıl Kərim oğlu |
Anası | Səltənət Əli qızı |
Milliyyəti | azərbaycanlı |
Ələşrəf İsmayılov (1888–1963) — sovet dövrünün ilk onilliklərində, müxtəlif vaxtlarda Azərbaycanın bir neçə bölgəsində rəhbər və məsul vəzifələr tutmuş dövlət məmuru; Şəki və Zaqatala qəza, Lənkəran və Şəki mahal icraiyyə komitələrinin və Nuxa Şəhər Sovetinin sədri, həmçinin, Azərbaycan İpəkçilik Trestinin, Nuxa Maşın-Traktor Stansiyasının və Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
24 iyul 1888-ci il tarixdə (Yuli təqvimi ilə 12 iyulda) Nuxa (indiki Şəki) şəhərinin Çayqırağı hissəsindəki Gümburlar məhəlləsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Yalnız ibtidai təhsili olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1920-ci ilin may ayından 1923-cü ilədək, müxtəlif vaxtlarda Nuxada inqilab komitəsinin üzvü, inqilab komitəsi sədrinin müavini (1921–1922), siyasi büronun müdiri (1922–1923), Nuxa qəza Milis İdarəsinin rəisi, Azəripək zavod idarəsinin müvəkkili,
1923 – 1924-cü illərdə Nuxa qəza icraiyyə komitəsi daxili işlər şöbəsinin müdiri, Nuxa qəza icraiyyə komitəsi sədrinin müavini,
1924 – 1925-ci illərdə Nuxa ipək üzrə zavod idarəsinin direktoru,
1925 – 1928-ci illərdə Şəki Qəza İcraiyyə Komitəsinin sədri,
1928 – 1929-cu illərdə Zaqatalada Qəza İcraiyyə Komitəsinin sədri,
1929 – 1930-cu illərdə Lənkəranda Mahal İcraiyyə Komitəsinin sədri,
1930 – 1931-ci illərdə Nuxa Mahal İcraiyyə Komitəsinin sədri,
1931 – 1932-ci illərdə Nuxa Şəhər Sovetinin sədri,
1932 – 1933-cü illərdə Azərbaycan İpəkçilik Trestinin direktoru,
1933-cü ildən isə Nuxa Maşın-Traktor Stansiyasının direktoru olub.
1937-ci ilin fevral ayında Lenin adına Nuxa İpək Kombinatının direktoru idi.
1940-cı ildə həbsdən çıxdıqdan sonra Nuxa kommunal təsərrüfat idarəsində təmir kontorunun direktoru vəzifəsində çalışıb.
Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
1920-ci ildən kommunist partiyasının üzvü olub.
1922-ci ilin sonunda Moskvada keçirilmiş Ümumittifaq sovetlər qurultayında iştirak edib.
1937-ci ildə həbs olunduqdan sonra partiyadan xaric edilib.
Məhkumluğu[redaktə | HTML redaktə]
3 avqust 1937 – 3 avqust 1940-cu il tarixədək 3 illik həbs cəzası çəkib.
Ədəbi-publisistik fəaliyyəti[redaktə | HTML redaktə]
“Şəki fəhləsi” qəzetində məqalələri dərc olunub, bundan başqa, 1927 və 1928-ci illərdə Nuxa mətbəəsində çap olunmuş 28 səhifəlik “Şəki keçmişdə və imdi” adlı kitabçanın müəllifidir. 1957-ci ildə “Nuxa fəhləsi” qəzetində “İpək kombinatı necə yarandı” başlıqlı xatirələri də dərc olunub.
Vəfatı[redaktə | HTML redaktə]
1963-cü ildə Nuxada (indiki Şəki) – 75 yaşında, vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. — Səh.: 77 – 83; 194 – 213. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Tahirzadə Ə., Manaflı H. Unudulmuş azman - Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 aprel 2021.
- Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // Nuxa fəhləsi : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr c. — № 104 (5560). — Səh. 2.
© 2019 – 2022 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- Şəki İpək kombinatının direktorları
- 24 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1888-ci ildə doğulanlar
- 1963-cü ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə