Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əzəl Sultanov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu
Əzəl Sultanov
Əzəl Sultanov.

Əzəl Sultanov (1905–1990) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

25 dekabr 1905-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.

1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji tres­tində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.

1934-cü ildə Azər­baycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub.

1939 – 1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda baş elmi işçi,

1945 – 1949-cu və 1958 – 1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru,

1952 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafed­rasının müdiri,

1954 – 1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rə­ya­sət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri olub.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

Uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində və M.Əzizbəyov adına Azər­baycan Neft-Kimya İnsti­tu­tunda dərs deyib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1939-cu ildə “Naftalan akçaqıl çöküntülərinin litologiyası” mövzusunda namizədlik,

1944-cü ildə isə “Azərbaycanın məhsuldar qatının litologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1945-ci il­də professor elmi adını alıb.

1958-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,

1959-cu ildə isə həqiqi üzvü seçilib.

Bütün elmi fəaliy­yəti geologiyanın vacib məsələlərinin həlli, neft və qaz yataqlarının axtarışı və onların proqnoz qiy­mətlərinin verilməsi, həmçinin çökmə və vulkanogen-çökmə yolla əmələ gə­lən qeyri-filiz yataqlarının və tikinti materiallarının öyrənilməsi ilə əla­qədar olmuş­dur.

300-dən artıq elmi əsərin, o cümlədən bir neçə monoqra­fiya və elmi-kütləvi kitabçanın müəllifidir.

20-dən çox elmlər namizədinin və elmlər doktorunun elmi rəhbəri olub.

Elmi-ictimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

SSRİ EA Yer haqqında Elmlər Bölməsinin çökmə süxurlar komi­tə­si­nin üzvü,

Britaniya Krallığı Mineraloji Cəmiyyətinin fəxri üzvü idi.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1990-cı ildə – 85 yaşında, Bakıda vəfat edib.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

27 dekabr 2005-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. .../mode/2up Sultanov Əzəl Cəfər oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1986. — IX  cild. — Səhifələrin sayı:  623. — Səh.: 71. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 509-510. — 1.000 nüsx.
  3. ...
  4. Murtuzayev S.N Əzəl Cəfər oğlu Sultanov // İlisu (ensiklopedik məlumat kitabı). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 181. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 dekabr 2023.

Bildiriş[HTML redaktə]

...