Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Vaqif Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Vaqif Mustafazadə
Mustafazadə Vaqif Əziz oğlu
Vaqif Mustafazadə
Vaqif Mustafazadə.
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1940(1940-03-16)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 16 dekabr 1979 (39 yaşında)
Vəfat yeri Daşkənd, Flag of the Uzbek Soviet Socialist Republic (1952–1991).svg Özbəkistan SSR], Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Yasamal qəbiristanlığı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Peşələri bəstəkar, pianoçu
Həyat yoldaşları Nərminə və Elza Mustafazadə (Bandzeladze)
Uşaqları Lalə Mustafazadə, Əzizə_Mustafazadə

Üslub caz-muğam
Musiqi aləti
  • piano
  • royal
  • elektroorqan
  • zərb alətləri
Fəaliyyət illəri 1958 – 1979
Təhsili Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu ( – 1963)
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979Azərbaycan SSR Dövlət mükafatı — 1982
http://vagif.musigi-dunya.az/
Commons-logo.svg Commonsda da Vaqif Mustafazadə ilə əlaqəli mediafayllar var

Vaqif Mustafazadə (1940–1979) — görkəmli bəstəkar və pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artistiAzərbaycan SSR Dövlət mükafatı laureatı.

Haqında məlumatlar

Bakıda Vaqif Mustafazadənin vaxtilə yaşadığı binanın fasadında xatirə barelyefi.

16 mart 1940-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1965-cı ildə Gürcüstan Dövlət filarmoniyasında “Qafqaz” caz-triosunu yaradıb.

1970-ci ildə “Leyli” ilk qadın vokal kvartetinə,

1971 – 1977-ci illərdə “Sevil” vokal-instrumental ansamblına,

1977 – 1979-cu illərdə “Muğam” instrumental ansamblına rəhbərlik edib.

Fortepiano ilə orkestr üçün Konsertin, “Muğam” simfoniyasının və sairə əsərlərin müəllifidir.

Təltif və mükafatları

1966-cı ildə “Tallin-66”,

1978-ci ildə “Tbilisi-78” ümumittifaq caz festivallarının laureatı olub.

1978-ci ildə Bəstəkarlarının VIII beynəlxalq caz müsabiqəsində (Monako) birinci mükafata layiq görülüb.

1979-ci ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adını alıb.

1982-ci ildə – ölümündən sonra, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Vəfatı

16 dekabr 1979 il tarixdə Daşkəndə qastrol zamanı ürək tutmasından vəfat edib.

Bakıda Vaqif Mustafazadənin məzarı.

Bakıda dəfn olunub.

Ailəsi

  • Atası: Mustafazadə Əziz Əbdülkərim oğlu 1912-ci ildə Nuxada anadan olmuşdur, hərbi həkim idi, tar və kamança çala bilirdi.
  • Anası: Əliyeva Zivər Ağasəf qızı Bakı neftxudasının qızı idi; ilk azərbaycanlı qadın pianoçularından, Ü.Hacıbəyovun tələbələrindən biri olub, Nuxa/Şəki və Bakı musiqi məktəblərində dərs deyib.
  • Həyat yoldaşları: — 1.Nərminə; 2.Elza Mustafazadə (Bandzeladze), müğənni, “Sevil” vokal və instrumental ansamblının solisti olub[1].
  • Böyük qızıLalə Mustafazadə (Nərminədən), opera müğənnisi, bir müddət Paris Milli Ali Musiqi və Rəqs Konservatoriyasında dərs deyib, 2013-ci ildə Paris Qrand-operada işləyirdi[2].
  • Kiçik qızı: Əzizə Mustafazadə (Elzadan), pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan Respublikasının xalq artistidir (2018).

Xatirəsi

2012-ci ildə Vaqif Mustafazadə haqqında “Caz əfsanəsi – Vaqif Mustafazadə” adlı sənədli film çəkilmişdir:
. .

Ev muzeyi

1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk direktoru Vaqif Mustafazadənin anası Zivər Müstafazadə olub. Onun vəfatından – 1997-ci ildən sonra isə qardaşı qızı Afaq Əliyeva muzeyin direktoru olub.

İstinadlar

  1. "Больше, чем обычная любовь" (русский). “Azərbaycan qadını” jurnalı. 2015, № 21. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  2. Усанова А. (19 марта, 2013). "Музыка, которая никогда не умирает" (русский). 10 Apr 2013 - 4 Jun 2018 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mustafazadə Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 421-422. — 1.000 nüsx.
  2. Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh. 159;
  3. "Tərcümeyi-hal". vagif.musigi-dunya.az (azərb.). vagif.musigi-dunya.az. 21 Dec 2010 – 9 Sep 2019 tarixində arxivləşdirilib.