Abdulla İbrahimov
Abdulla İbrahimov | |
---|---|
İbrahimov Abdulla Cabbar oğlu | |
Abdulla İbrahimov. | |
Doğum tarixi | 31 oktyabr 1943 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 22 fevral 2013 (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, neft mexanikası fakültəsi (1961–1967) |
Adının digər versiyaları | Абдулла Ибрагимов, Абдулла Ибрахимов, Абдулла Ибраһимов |
Abdulla İbrahimov (1943–2013) — kimya elmləri namizədi, Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının dosenti. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Səyyad İbrahimovun (1936–2016) kiçik qardaşıdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
31 oktyabr 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1961-ci ildə Nuxa şəhər 3 №-li orta məktəbini bitirib.
1961 – 1967-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mexanikası fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1967-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun yüksək molekullu birləşmələrin texnologiyası kafedrasında assistent,
1970-ci ildən isə baş elmi işçi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1960-cı ildə “Butil kauçukun xlorlaşma və sulfoxlorlaşma proseslərinin tədqiqi” mövzusunda Azərbaycan SSR EA-nın müxbir üzvü, professor M.M.Hüseynov və professor F.V.Məmmədovun rəhbərliyi altında “Kiçik molekullu olefinlərin alınması və emalı” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib.
100-dən artıq elmi məqalənin, o cümlədən 8 müəlliflik şəhadətnaməsinin, 3 Rusiya, 4 Azərbaycan patentinin müəllifidir. Xarici ölkələrdə 4 elmi işi çap olunub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
“SSRİ ixtiraçısı” döş nişanı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
22 fevral 2013-cü il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. İbrahimov Abdulla // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 271-273. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1943-cü ildə doğulanlar
- 31 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 22 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə