Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Akif Mahmudov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Akif Mahmudov
Mahmudov Akif Məmməd oğlu
Akif Mahmudov
Akif Mahmudov.
Doğum tarixi 18 dekabr 1952(1952-12-18)
Doğum yeri Aşağı Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 dekabr 2021 (68 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki
Həyat yoldaşı Mahmudova Mətanət Mustafa qızı
Uşaqları Vüsalə, Nuranə, Aynurə və Vasif
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Məktəbi (1969–1971; 1973–1974)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, qiyabi (1975–1980)

Akif Mahmudov (1952–2021) — tanınmış pedaqoq, azərbaycan dili və ədəbiyyatı müəllimi. Uzun müddət Şəki şəhər 10 №-li orta məktəbində və Şəki Pedaqoji Kollecində dərs demişdir. Ədəbi-bədii yaradıcılıqla da məşğul olub.

Haqqında məlumatlar

18 dekabr 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Şabalıd kəndində pedaqoq ailəsində anadan olub.

Təhsili

1959 – 1967-ci illərdə Aşağı Şabalıd kənd səkkizillik məktəbində,

1967 – 1969-cu illərdə M.Qorki adına Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,

1969 – 1970 və 1973 – 1974-cü illərdə Şəki Pedaqoji Məktəbində,

1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Hərbi xidmət

1970 – 1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

2015-ci ildə əmək təqaüdünə çıxanadək Şəki şəhər 10 №-li orta məktəbində və Şəki Pedaqoji Kollecində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.

Ədəbi-bədii yaradıcılığı

2001-ci ildən şeirlərini dövri-mətbuatda çap etdirməyə başlayıb.

2009-cu ildə “Sevməmək olmaz” adlı şeir kitabını çap etdirib.

Vəfatı

1 dekabr 2021-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Dovşan düzü qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Orsər R. Akif Mahmudov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 555-558. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.